Qaynar xətt:

(+99450) 247 90 86

Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı

Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı

CƏMİYYƏT

298

19.07.2024, 13:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik  maddə  keçirilməsinin  qarşısı  alınıb.

Oxu24.com xəbər verir ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram  qurudulmuş marixuana  aşkar  olunub.

Faktla  bağlı araşdırma aparılır.


Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.