Qaynar xətt:

(+99450) 247 90 86

46 mindən çox şagird məktəbini dəyişdi

46 mindən çox şagird məktəbini dəyişdi

CƏMİYYƏT

375

10.06.2024, 15:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

46 mindən çox şagird məktəbini dəyişdi2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Bu barədə İdarədən məlumat verilib.

Qeyd olunub ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.