Tədbirə gedən müğənni qəfil xəstəxanaya aparıldı
25 Noyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
322
10.06.2024, 09:34
Saat dedikdə hamımızın ağlımıza saat və dəqiqə əqrəblərinin sağa dönməsi gəlir. Çünki saat icad edildiyi gündən eyni istiqamətdə, soldan sağa hərəkət edir. Bütün dünyada saatlar bu istiqamətdə dönərkən, zaman yalnız bir yerdə sağdan sola axır. Nə üçün?
OXU24.COM xəbər verir ki, dünyada saatlar sağa hərəkət etdiyi halda, yalnız Boliviyada sola hərəkət edir.
Dünyanın bütün saatları sağa fırlandığı halda, dünyada yalnız bir ölkə Boliviya bu qaydaya əməl etmir. Boliviya vitse-prezidenti David Çoquhuanca 2014-cü ildə bu mövzuda mətbuat konfransı keçirərək jurnalistlərə "Kim dedi ki, saat həmişə eyni istiqamətdə dönməlidir? Niyə biz həmişə itaət etməliyik? Niyə biz yaradıcı ola bilmirik?" dedi və bu cümlələr böyük dəyişikliyin ilk addımları oldu.
Onun bu sözlərindən sonra La Paz Konqres binasının üstündəki böyük analoq saatın istiqaməti dəyişdirilib. Beləliklə, "Cənub Saatı" tərsinə işləyir. Təbii ki, bu vəziyyət müxtəlif reaksiyalar da gətirdi. Tənqidçilər bu addımı "lazımsız" adlandırdılar. Lakin ölkədə o gündən sonra yalnız bir o saat tərsinə işləyir.
Qeyd edək ki, zamanı ölçmək üçün istifadə edilən ilk günəş saatları eramızdan əvvəl 4000-ci ildə Qədim Misirdə icad edilib. Şimal yarımkürəsində icad edilən saat, Günəş şərqdən çıxıb qərbdə batarkən sağa doğru hərəkət etmək üçün nəzərdə tutulmuşdu və bu günə qədər həmişə sağa fırlanan saat dizaynları edilib. Qədim misirlilər çubuğu şaquli vəziyyətdə qoyub günəşin düşmə bucağına uyğun olaraq onun kölgə uzunluğuna və mövqeyinə baxaraq vaxtı hesablayırdılar.
Misir Şimal yarımkürəsində olduğu üçün çubuğun kölgəsi soldan sağa fırlanırdı. Misir Cənub yarımkürəsində olsaydı, çubuğun kölgəsi sağdan sola hərəkət edərdi.
16:05 / 25 Noyabr 2026
1
15:59 / 25 Noyabr 2026
35
15:41 / 25 Noyabr 2026
295
15:32 / 25 Noyabr 2026
144
15:30 / 25 Noyabr 2026
99
15:26 / 25 Noyabr 2026
91
15:22 / 25 Noyabr 2026
84
15:19 / 25 Noyabr 2026
92
15:10 / 25 Noyabr 2026
132
15:03 / 25 Noyabr 2026
180
14:58 / 25 Noyabr 2026
93
14:57 / 25 Noyabr 2026
106
14:33 / 25 Noyabr 2026
104
14:30 / 25 Noyabr 2026
127
14:29 / 25 Noyabr 2026
98
14:21 / 25 Noyabr 2026
108
14:03 / 25 Noyabr 2026
457
14:02 / 25 Noyabr 2026
132
14:00 / 25 Noyabr 2026
137
13:56 / 25 Noyabr 2026
129
13:47 / 25 Noyabr 2026
111
13:45 / 25 Noyabr 2026
120
13:27 / 25 Noyabr 2026
814
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.