Wi-Fi routerini gecələr söndürmək lazımdır
25 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
731
03.06.2024, 00:00
İnfluenser Şəms Allahverdiyeva (shamsall) diqqət çəkən paylaşım edib.
Evli ola-ola subay qızlara girişirlərxəbər verir ki, bloger haqqında yanlış məlumat yayan şəxslə bağlı sosial media hesabında yazıb.
“Bir qadın gedib orada-burada danışıb ki, guya, mən bunun ərini əlindən almışam. Onun əri mənə nələrsə albmış və s. Şükür Allaha, mənim alnım açıq, başım dikdir. Heç kim gəlib Şəmsə nəsə etmişəm deyə bilməz. Mənim əsəblərimi oynatmayın. Özü də qız uşağı böyüdür, qız anasıdır. Vicdan yaxşı şeydir. Bir qıza şər atanda, haqqında danışanda, öz qızın gözünün qabağına gəlsin, ay vicdansız, ay qansız. Bu söhbəti mən bir dəfə eşitdim. Yığdım, dedim, özünü yığışdır. Bir də xəbərdarlıq edirəm. Bir dəfə də eşitsəm, heç kim məndən inciməsin. İkinizin də şəklini yan-yana yapşdırıb paylaşmasam, məndən şərəfsizi yoxdur. Özünü yığışdır. Ağıllı ol. Get həyatını yaşa.
Söhbət iki il əvvəl olub. Hələ də orada-burada haqqımda danışır. Mənə gecə saat 2-də gəlib çatıb. Neçə saatdır, əsəbdən yata bilmirəm. Bu günə kimi evli bir insanla danışmamışam. Münasibətim olan insan da subay olub. Onun dediyi ərəfələrdə də subay bir insanla münasibətim var idi. Mən Allahı olan insanam. Məni başqaları ilə səhv salmayın. Kiminsə ailəsini dağıdacaq insan deyiləm. Və mövzuya aid olduğu üçün yazıram. Bunlar mənim fikirlərimdir, kimsə razılaşmaya bilər. Ən böyük günah kişilərdədir. Evli ola-ola subay qızlara girişirlər. Hətta özlərini subay kimi aparırlar. Üstü açılanda da “Boşanacam”, “Ayrı qalırıq” kimi vədlər verirlər. Sonra da hansısa qızı bədbəxt edirlər. Qızlar, heç bir kişiyə inanmayın. Dövr şərəfsizlər dövrüdür”, - deyə, o, bildirib.
.png)
21:16 / 25 Noyabr 2026
1
21:05 / 25 Noyabr 2026
51
20:56 / 25 Noyabr 2026
66
20:46 / 25 Noyabr 2026
478
20:42 / 25 Noyabr 2026
72
20:36 / 25 Noyabr 2026
86
20:35 / 25 Noyabr 2026
90
20:29 / 25 Noyabr 2026
89
20:19 / 25 Noyabr 2026
93
20:14 / 25 Noyabr 2026
126
20:01 / 25 Noyabr 2026
264
19:57 / 25 Noyabr 2026
92
19:49 / 25 Noyabr 2026
101
19:41 / 25 Noyabr 2026
94
19:40 / 25 Noyabr 2026
113
19:24 / 25 Noyabr 2026
176
19:21 / 25 Noyabr 2026
105
19:06 / 25 Noyabr 2026
111
18:57 / 25 Noyabr 2026
1322
18:54 / 25 Noyabr 2026
120
18:54 / 25 Noyabr 2026
108
18:48 / 25 Noyabr 2026
115
18:47 / 25 Noyabr 2026
216
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.