Kamçatkada 3 bal gücündə zəlzələ qeydə alınıb
28 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
390
05.02.2024, 16:14
"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əiyev Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul etmişdir. PAİ Baş katibinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, ölkəmiz məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. "Təəssüflər olsun ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Xüsusilə Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir. Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Lakin bu regionda Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm cənab Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və dövlət başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb."
K.Qafarov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların Prezident İlham Əliyev tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir: "Hər zaman olduğu kimi, dövlət başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır. Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyev öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib" .
18:35 / 28 Noyabr 2026
1
18:30 / 28 Noyabr 2026
31
18:16 / 28 Noyabr 2026
59
17:43 / 28 Noyabr 2026
81
16:40 / 28 Noyabr 2026
134
16:35 / 28 Noyabr 2026
113
16:07 / 28 Noyabr 2026
121
15:49 / 28 Noyabr 2026
491
15:41 / 28 Noyabr 2026
197
15:07 / 28 Noyabr 2026
203
14:55 / 28 Noyabr 2026
150
14:38 / 28 Noyabr 2026
281
14:09 / 28 Noyabr 2026
182
13:52 / 28 Noyabr 2026
795
13:22 / 28 Noyabr 2026
1188
13:02 / 28 Noyabr 2026
274
12:56 / 28 Noyabr 2026
178
12:43 / 28 Noyabr 2026
481
12:12 / 28 Noyabr 2026
1634
12:05 / 28 Noyabr 2026
194
11:50 / 28 Noyabr 2026
212
11:21 / 28 Noyabr 2026
204
11:13 / 28 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.