Sığorta şirkətlərinin xalis mənfəət sıralaması açıqlanıb
28 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
05.02.2024, 11:36
Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2023-cü ildəki fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair geniş tərkibdə iclası keçirilib.
Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov 2023-cü ildə məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasını təmin etmək üçün metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakı ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlər keçirilib.
Həmçinin 2023-cü ildə iş planına uyğun olaraq qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinləmələri keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları, habelə Ali Məhkəmənin kollegiya sədrlərinin Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib.
Bildirilib ki, 2023-cü il ərzində bütün icraatlar üzrə Bakı Apellyasiya Məhkəməsinə 23186 iş daxil olub, 17864 işə mаhiyyəti üzrə bаxılaraq yekun qərar qəbul edilib, 1972 iş üzrə mаhiyyətinə aid olmayan digər qərаrlar qəbul edilib. O cümlədən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə qərarlarından verilmiş apellyasiya müraciətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış 2079 cinayət işindən 1300 iş üzrə məhkəmə qərarı qüvvəsində saxlanılıb, 197 iş üzrə məhkəmə qərarı ləğv olunub, 582 iş üzrə isə məhkəmə qərarı dəyişdirilib.
Ötən dövr ərzində Mülki kollegiya tərəfindən baxılmış 5953 işdən 3752 iş üzrə məhkəmə aktı qüvvəsində saxlanılıb, 1866 iş üzrə məhkəmə aktı ləğv olunub, 335 iş üzrə məhkəmə aktı dəyişdirilib.
Bakı İnzibati Məhkəməsinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə əsasən İnzibati kollegiya tərəfindən baxılmış 3254 işdən 2521 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 697 iş üzrə məhkəmə aktı ləğv olunub, 36 iş üzrə məhkəmə aktı dəyişdirilib.
Kommersiya kollegiyası tərəfindən baxılmış 897 işdən 598 iş üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 254 iş üzrə məhkəmə aktı ləğv olunub, 45 iş üzrə məhkəmə aktı dəyişdirilib.
İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusi vurğulanıb.
18:48 / 28 Noyabr 2026
10
18:35 / 28 Noyabr 2026
47
18:30 / 28 Noyabr 2026
52
18:16 / 28 Noyabr 2026
76
17:43 / 28 Noyabr 2026
88
16:40 / 28 Noyabr 2026
138
16:35 / 28 Noyabr 2026
116
16:07 / 28 Noyabr 2026
123
15:49 / 28 Noyabr 2026
505
15:41 / 28 Noyabr 2026
199
15:07 / 28 Noyabr 2026
207
14:55 / 28 Noyabr 2026
152
14:38 / 28 Noyabr 2026
288
14:09 / 28 Noyabr 2026
186
13:52 / 28 Noyabr 2026
807
13:22 / 28 Noyabr 2026
1204
13:02 / 28 Noyabr 2026
277
12:56 / 28 Noyabr 2026
180
12:43 / 28 Noyabr 2026
490
12:12 / 28 Noyabr 2026
1654
12:05 / 28 Noyabr 2026
199
11:50 / 28 Noyabr 2026
214
11:21 / 28 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.