Xolesterolu və təzyiqi aşağı salan ən yaxşı meyvə bu imiş
18 May 2025, 00:52
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
2492
11.11.2023, 23:46
Balqabaq çiy halda faydalıdır, yoxsa bişmiş? Bu gün sizə balqabağın faydalarından və heç yerdə eşitmədiyiniz zərərlərindən danışacam. Əminəm ki bu videodan sonra mənə çox sağ olun deyəcəsiniz.
Bütün qida məhsulları kimi balqabaq da bəzi insanlara xeyirdən daha çox zərər verə bilər. Xüsusilə mədə-bağırsaq problemi olan insanlara balqabağı çiy halda yemək, yaxud şirəsini çəkib içmək olmaz. Ödündə daş olanlar üçün də balqabaq təhlükə yarada bilər. Ödqovucu xüsusiyyətə malik olduğuna görə, balqabaq daşların tərpənməsinə səbəb olur. Bu da dözülməz ağrılar deməkdir. Ümumiyyətlə, yaşından asılı olmayaraq, heç kəsə balqabağın çiy halda yeyilməsi tövsiyə edilmir.
Şəkərli diabetdən əziyyət çəkən insanlar balqabağı müəyyən normalara riayət edərək yeməlidirlər. Çünki tərkibində şəkər olan möcüzəvi tərəvəz ishala səbəb ola bilər. Həddən artıq balqabaq yemək dərinin sarımtıl görünməsinə gətirib çıxarar. Bu, tərəvəzə sarı rəngi verən luteinə görədir. Balqabağa allergiyası olan insanlar onu yeməməlidir. Tərəvəzin tumu özünə nisbətən daha kalorilidir. Ona görə də, arıqlamaq istəyənlər balqabaq tumunu mümkün qədər az yeməlidir.
Tərəvəzlə bağlı verilən suallardan ən çox təkrarlananı budur: “ Onu hansı formada bişirmək yaxşıdır?” İstənilən formada bişirərkən tərəvəzin tərkibindəki mineralların bir qismi itir. Yaxşı olar ki, balqabağı ya sobada, ya da qazanda bişirəsiniz. Bu halda tərkibindəki minerallardan çox şey itirməyəcək.
Digər bir sual: “Balqabaq tumu nəyə faydalıdır?” Mikroelementlərlə zəngin olan balqabaq tumları haqqında çox danışmaq olar. Qısaca deyim ki, tərkibində dırnaqların, saçın sağlamlığına xidmət edən sink var. Balqabaq tumları sümükləri möhkəmləndirir, mədə-bağırsaq sistemini parazitlərdən təmizləyir, həzm sistemindəki soyuqdəyməni azaldır.
İndi də balqabağın faydalarından danışaq.
Ürək-damar xəstəlikləri riskini aşağı salır. Balqabağın tərkibində ürəyin işləməsi üçün vacib olan mikroelement, yəni, kalium var. İtaliyalı alimlər sübut ediblər ki, arterial hipertenziyanın profilaktikasında balqabağın istifadəsi faydalıdır. Arterial hipertenziya zamanla insulta və infarkta gətirib çıxara bilir. Almaniyadan olan araşdırmaçılar balqabağın xolesterol səviyyəsini aşağı saldığından əmindir. Nizamlanan xolesterol səviyyəsi isə aterosklerozun qarşısının alınmasıdır. Həmçinin, balqabaq sayəsində damarlar təmizlənir ki, bu da miokard kimi bəzi xəstəliklərin önlənməsi deməkdir.
Həmçinin oxuyun
Antioksidantlarla zəngindir. Balqabağın tərkibindəki antioksidantlar sərbəst radikalların hüceyrələrə olan mənfi təsirinin qarşısını alır. Orqanizmin mikroblarla, viruslarla, yad cisimlərlə mübarizəsini dəstəkləyir. İrandan olan mütəxəssislərin fikrincə, sərbəst radikallar orqanizmdə stress yaradır. Stress isə bərabərində saysız xəstəliklər gətirir. Antioksidantlar sərbəst radikalları bədəndən xaric etməklə sağlamlığın keşiyində durur. Almaniyalı alimlər balqabağın tərkibindəki antioksidantların dərini ultrabənövşəyi şüalardan qoruduğunu deyirlər. Həmçinin, antioksidantlar bədxassəli şişləri yaradan zərərli hüceyrələri böyüməyə qoymur. Qida rasionuna balqabaq əlavə etmək görmə qabiliyyətini yaxşılaşdırır, sinirləri sakitləşdirir, damarları təmizləyir.
Xərçəng xəstəliyinin profilaktikasında faydalıdır. Xərçəng şişləri nəzarətsiz şəkildə böyüyür və sağlam hüceyrələri zədələməyə davam edir. İsveçrəli elm adamları aşkarlayıb ki, xərçəng hüceyrələri sərbəst radikallarla qidalanırlar. Yəni, orqanizmdə nə qədər çox sərbəst radikal varsa, şiş o qədər sürətlə böyüyür. Balqabağın tərkibində karotenoidlər var. Karotenoidlər sərbəst radikalların hərəkətini məhdudlaşdırmaq, xərçəngli hüceyrələri neytrallaşdırmaq qabiliyyətinə malikdir. Çindən olan mütəxəssislər balqabağın mədə xərçənginə qarşı müalicəvi təsirini araşdırıblar. Məlum olub ki, bu tərəvəz nəinki mədə xərçəngi, həmçinin, mədəaltı vəz, süd vəzi xərçəngi zamanı da orqanizmin ən yaxın köməkçisinə çevrilir.
İmmuniteti möhkəmlədir. Balqabağın tərkibində yüksək miqdarda A vitamini var. İngilis ekspertlərin fikrincə, A vitamininin yağda həll olma qabiliyyəti orqanizmin infeksiyalara qarşı savaşmasına kömək edir, soyuqdəyməyə tez-tez yaxalanmaq kimi halları aradan qaldırır. Koreyalı alimlər isə A vitamininin makrofaq olduğundan əmindir. Məlumat üçün qeyd edim ki, makrofaqlar bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını, orqanizm üçün yad, zəhərli hissəcikləri fəal surətdə tutur və həzm edir. İmmunitetin güclənməsi üçün lazım olan əsas faktorlardan biri də C vitaminidir. Zədələnmiş hüceyrələrin yenidən bərpası və antitellərin yaranması üçün C vitamini çox vacibdir. Balqabağın tərkibində immunitetin möhkəmlənməsinə kömək edəcək digər faydalı elementlər sırasında E vitamini, dəmir, fol turşusu da var.
01:00 / 18 May 2025
Pul və karyera: Maliyyə uğuruna doğru gedən 4 BÜRC
11
00:52 / 18 May 2025
Xolesterolu və təzyiqi aşağı salan ən yaxşı meyvə bu imiş
13
00:25 / 18 May 2025
Elgünün ailəsindən açıqlama:Anasına deyib ki...
765
23:36 / 17 May 2025
Xırdalanda dəhşət: Küçədə oğlanın boğazını kəsdilər
798
21:42 / 17 May 2025
Myanmada güclü zəlzələ oldu
49
21:38 / 17 May 2025
Qaz və işıqpulunu az ödəmək üçün belə edirlər
113
21:16 / 17 May 2025
Lənkəranda qəza - Xəsarət alanlar var
56
21:12 / 17 May 2025
Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat
76
21:10 / 17 May 2025
SON DƏQİQƏ! Gəncədə daha bir hadisə — Tutulan var
2291
21:07 / 17 May 2025
Türkiyədə 65 yaşlı kişi torpağa görə bacısı və onun ailəsini öldürdü
113
19:38 / 17 May 2025
Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb? - Açıqlama
64
16:10 / 17 May 2025
Küləklə bağlı xəbərdarlıq
401
12:46 / 17 May 2025
Baş Prokurorluq və DİN Elgünlə bağlı açıqlama yaydı
1179
12:17 / 17 May 2025
Hava ilə bağlı vacib açıqlama
766
11:30 / 17 May 2025
Şəkidə yeni şəlalə aşkarlandı
137
10:59 / 17 May 2025
"Həmin gecə Hindistan bizə yalvarırdı"
165
10:45 / 17 May 2025
Enerji içkilərindəki böyük təhlükə
143
10:30 / 17 May 2025
Gəzintiyə gedənlərin nəzərinə - Bu rənglərdə geyinməyin: Təhlükə var
155
10:15 / 17 May 2025
Aygün Səmədzadəyə yüksək vəzifə verildi
625
10:15 / 17 May 2025
“Putin sülhə ciddi yanaşmır”
195
10:05 / 17 May 2025
Ağır qəza: Həyatını itirən və yaralılar var
141
10:00 / 17 May 2025
Bu yol tam bağlanacaq
201
09:49 / 17 May 2025
Zelenski Sandu ilə bu məsələləri müzakirə etdi
225
09:33 / 17 May 2025
Ailə restorana getdikdən sonra 100 min dollar varlanıb.
208
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.