Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1038
07.11.2023, 00:00
“Üstümdə nəfs var”, “Gözə gəlmişəm” deyənlər, arıqlamaq istəyib də, bunu bacarmayanlar, ağrılarla gün keçirənlər üçün bu bitki sözün əsl mənasında can dərmanıdır. O xalq təbabətində əsrlərdir şəfa vasitəsi kimi istifadə olunur. Siz də təbiətin sehirli gücünə inanırsınızsa, bu videoya sonadək baxın. Çünki daha bir təbiət möcüzəsindən danışacağam.
Adətən, onun mistik gücünə olan inancları hələ uşaq yaşlarımızdan eşitməyə başlayırıq. Və bu, dünyanın bütün mədəniyyətlərində var. Ölkəmizdə də geniş yayılmış üzərliyin mənşəyi Afrika və Asiyadır. Evdəki mənfi enerjini yox etmək və bitki çayı kimi dəmləmək üçün üzərlikdən çox istifadə edilir. “Bədnəzər otu” adı almasının səbəbi isə yenə mistik gücünə olan inanclara dayanır.
Üzərlik toxumunda harmalin, harmalol, harmil və peqanin maddələri var. Toxumun tərkibində qırmızı boya maddəsi də mövcuddur. Qədim Misirdə üzərlik buxardanlıqda yandırmaq üçün istifadə edilirdi. İnanılırdı ki, yandırıldığı məkandakı neqativ enerjini yox edir, qoxusunu alanlara sağlamlıq və uğur bəxş edir. Dinimizdə üzərliklə bağlı hədislər də var. Həmin hədislərdən birində deyilir: “Dərman kimi istifadə edilən bu toxumun adı Peyğəmbərimizin hədislərində keçir. Adı üzərlik otudur.”
Üzərliyin faydaları bunlardır:
Yuxarı tənəffüs sistemində nəfəs tıxanıqlığını aradan qaldırır. O, buna qoxusu ilə nail olur. Bəli, üzərliyin qoxusu nəfəs darlığını azaldır, burundakı tıxanıqlığı yox edir. Yandırılmış üzərliyi otaqda gəzdirdikdə, məkandakı hava axını sürətlənir.
Bağırsaq mikroflorasını nizamlayır. Üzərlik çayının faydaları arasında ən önəmlisi məhz budur. Mikrofloradakı zədələnmənin tədricən aradan qalxmasına stimul verən üzərlik çayının həzm sisteminə müsbət təsiri böyükdür. Orqanizmi qidalanma ilə daxil olan bakteriyalardan təmizləyir, metabolizmanı sürətləndirir.
Zehni inkişafı dəstəkləyir. Tərkibindəki minerallar sayəsində sinir sistemindəki hüceyrələrin sağlamlığını qoruyur. Diqqət dağınıqlığını aradan qaldırır, qavrama ilə əlaqədar problem varsa, həll edir. Sinir sisteminin işini nizamlayaraq yuxu rejimini normallaşdırır. Həm çayı, həm də tüstüsü ilə insanın şəxsi inkişafına müsbət istiqamətdə təsir edir. İnsanların üzərindəki nəfsi götürdüyünə görə, ruhi sağlamlığı da qorumaq gücünə malikdir.
İnfeksiyanı və iltihabı yox edir. Mövsüm dəyişikliyi zamanı ən böyük problem qrip və soyuqdəymə olur. Boğaz infeksiyaları baş verərsə, üzərlik çayı iltihabazaldıcı kimi çıxış edir. Sidik yolu infeksiyalarının azalması, tədricən yox olması da üzərliyin hünərləri sırasındadır.
Ağrıkəsicidir. Üzərlik toxumu çayı güclü ağrıkəsici kimi də populyardır. Səs-küylü şəraitdə işləyən və daimi baş ağrılarından şikayət edən insanlara üzərlik çayı tövsiyə edilməsinin səbəbi budur. Qoxusu və tərkibi ilə antioksidant təsirə malik olan üzərliyə sümük ağrılarını kəsmək üçün də üz tuta bilərsiniz. Aromaterapiyada bitkinin tüstüsündən çox faydalanırlar. Onun qoxusunun ruhu təmizlədiyi aromaterapiya mütəxəssisləri tərəfindən xüsusi vurğulanır.
Üzərlik, adətən, çay kimi dəmlənərək istifadə edilir. Arıqlamaq məqsədilə də, bitki mənşəli müalicədən yararlanmaq üçün də tez-tez üzərliyə üz tutulur. Hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, bəzi nüanslara diqqət yetirmək gərəklidir. Əgər orqanizminiz zəifdirsə, üzərliyə qarşı allergiyanız ola bilər. Buna görə də, ilkin istifadə zamanı ehtiyatlı olmalısınız. Düzdür, üzərliyin adına “allergik bitkilər” siyahısında rast gəlinmir, amma unutmaq olmaz ki, bitki mənşəli allergiyalar individualdır.
İndi isə üzərliyin istifadə metodlarına baxaq:
Üzərlik çayı. Gün ərzində 1 stəkan üzərlik çayı içməklə bitkinin faydalarından yararlana bilərsiniz. Və çalışın ki, hər gün təzə-təzə dəmləyəsiniz. Lakin xroniki xəstəlikləri olanlar, allergik həssaslığa malik olanlar, hamilə və süd verən qadınlar üzərlik çayı içməyi həkimləri ilə müzakirə etməlidirlər.
Bədnəzərə qarşı istifadəsi. Dərin metal kasa, yaxud ləyən götürün. Oraya üzərlik atın, yandırın. Ot yanmağa başlayanda qabı əlinizə götürün və bütün otaqlarda gəzdirin. İnanca görə, evdəki neqativ enerji təmizlənəcək. Əgər üzərinizdə cadu olduğuna inanırsınızsa, yanan üzərliyi ətrafınızda dolandırın.
Üzərliyin yandırılması prosesi bu cürdür:
-Qurudulmuş üzərlik götürün;
Həmçinin oxuyun
20:01 / 13 Dekabr 2025
56
19:53 / 13 Dekabr 2025
22
19:21 / 13 Dekabr 2025
145
19:16 / 13 Dekabr 2025
55
18:32 / 13 Dekabr 2025
701
18:12 / 13 Dekabr 2025
128
18:02 / 13 Dekabr 2025
78
17:43 / 13 Dekabr 2025
1276
17:09 / 13 Dekabr 2025
84
16:55 / 13 Dekabr 2025
301
15:58 / 13 Dekabr 2025
94
15:47 / 13 Dekabr 2025
83
15:39 / 13 Dekabr 2025
110
15:08 / 13 Dekabr 2025
2491
14:50 / 13 Dekabr 2025
101
14:38 / 13 Dekabr 2025
151
14:28 / 13 Dekabr 2025
133
14:22 / 13 Dekabr 2025
115
14:12 / 13 Dekabr 2025
367
13:14 / 13 Dekabr 2025
1960
13:07 / 13 Dekabr 2025
2310
12:58 / 13 Dekabr 2025
1386
12:16 / 13 Dekabr 2025
1307
12:08 / 13 Dekabr 2025
157
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.