Xərçəng riskini artıran 10 qida
13 May 2025, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
863
06.11.2023, 00:39
Qaraciyəri məhv edən 9 qida
Bu gün sizə bədənimizdəki ən vacib orqanlardan biri olan Qaraciyəri məhv edən, onu zamanla sıradan çıxaran 9 qidadan danışacam.
Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik. Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır. Həyati vacib maddələrin orqanizmin bütün hissələrinə çatması üçün qaraciyər dayanmadan işləyir. Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola malikdir. Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir. Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir. Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər. Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək, mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır.
Qaraciyərə zərər verən qidalar.
Mənşəyi bilinməyən yağlar. Bu yağların tərkibində heyvan və bitki mənşəli yağlar, böyük miqdarda qida əlavələri var. Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır. Amma bu, düzgün deyil. Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir. Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur. Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı, yaxud zeytun yağı seçəsiniz.
Mənşəyi bilinməyən konservlər.
Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar.
Həmçinin oxuyun
Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir. Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”. Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır.
Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var. Ona görə də, heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir. Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz. Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür. Qızarmış kartof orqanizmə toksin daşıyır.
Duz. Həddən artıq duz qəbulu qaraciyəri öldürməyə qadirdir. Duzun çoxluğu hüceyrələrin ölümünə və fibroza səbəb olur. Sutka ərzində duzun qəbul norması 5 qr-dan çox olmamalıdır. Amma rasionumuzda duz o qədər çox olur ki, imtina etmək bəzən mümkünsüz gəlir. Böyük hissəsini hazır və ya emal edilmiş məhsullar vasitəsilə qəbul edirik. Məsələn; kolbasalar, hisə verilmiş məhsullar, pendir, konservlər, çipsi və bir çox bu kimi məhsul duzla zəngindir. Duzun çoxluğu orqanizmdə susuzluq da yaradır ki, bu da çəki artmasının ilkin səbəblərindən biridir. Duzlu nəsə yedikdən sonra su içmək istəyimizin baş qaldırması məhz bundandır. Maye balansını qoruyub saxlamaq üçün orqanizm var gücüylə işə qoyulur.
Şəkər. Qaraciyərin sağlamlığını təhdid edənlərdən biri də şəkərdir. Faktiki olaraq, istənilən qida məhsulunda şəkərlə rastlaşmaq olur. Sousların, yarımfabrikatların, süd məhsullarının, çörəyin, vitrindəki şirələrin, tez hazırlanan səhər yeməklərinin, fərqli desertlərin tərkibində şəkər bol miqdardadır. Həddən artıq şəkər qəbulu qaraciyəri gücə salır. Gün ərzində nə qədər çox şirin qida qəbul etsəniz, orqanizm o qədər çox insulin ifraz edir. Artıq şəkərlərin yağa çevrilərək depolanması baş verir. Qaraciyərin hüceyrələrində qlükoza üçün hər zaman lazımi qədər yer olmur. Buna görə, şəkərin yağa çevrilməsi daha da sürətlənir. Bu, qaraciyərin yağlanması probleminin əmələ gəlməsində əsas faktorlardan biridir.
21:55 / 14 May 2025
Türkiyədə gündəm olan qayınana və kürəkəninə bu qədər həbs istənilir
4
21:33 / 14 May 2025
“Təkbuynuzlu at”la bağlı maraqlı faktlar
111
21:21 / 14 May 2025
Ritmlə dərs keçən müəllim: "10 il əvvəl dərs keçdiyim şagirdlər zəng edib deyirlər ki..." - VİDEO
15
21:15 / 14 May 2025
Sürət həddi aşağı salınıb
23
21:05 / 14 May 2025
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi
24
20:54 / 14 May 2025
Ölən yeniyetmə skuterdən belə yıxılıbmış - VİDEO
32
20:40 / 14 May 2025
May DÖRD BÜRC üçün həlledici olacaq
42
20:35 / 14 May 2025
DİN MÜHÜM MƏLUMAT yaydı - Bu zənglərlə danışıq aparmayın!
121
20:30 / 14 May 2025
Tramp hisslərinə hakim ola bilmədi: Melaniyanı öpüşlərə qərq etdi - FOTOlar
42
20:23 / 14 May 2025
Yüksək vəzifə verilən Tural Piriyevin DOSYESİ
229
20:19 / 14 May 2025
İcra başçısının müavini vəzifəsindən getdi
59
20:04 / 14 May 2025
NATO Türkiyəni tərifləyir
45
19:58 / 14 May 2025
Braziliya prezidenti Rusiyanı tərk edib
52
19:55 / 14 May 2025
ABŞ və Qətər müdafiə sazişi imzalayıb
46
19:46 / 14 May 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa verib — FOTO +SƏBƏB
433
19:35 / 14 May 2025
Vuçiç serbləri ümummilli mitinq üçün toplaşmağa çağırır
49
19:20 / 14 May 2025
Qətər və Boeing arasında 200 milyard dollarlıq müqavilə imzalanıb
50
19:18 / 14 May 2025
"Mikki Maus" adlandırılan uşaq əməliyyatdan sonra belə oldu — FOTO
207
19:05 / 14 May 2025
Estoniya ilə Rusiya arasında gərginlik
53
18:47 / 14 May 2025
Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışır
59
18:42 / 14 May 2025
“Wi-fi” bədənimizi belə zəhərləyirmiş — ŞOK FAKTLAR
181
18:31 / 14 May 2025
Sabah Bakının bir çox ərazisində qaz olmayacaq
83
18:12 / 14 May 2025
Qar yağacaq — Əhaliyə hava xəbərdarlığı
498
18:11 / 14 May 2025
Rusiya və Malayziya birbaşa uçuşları bərpa edə bilər
58
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.