Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90034
az

Tibbi arayışlara güzəşt tətbiq ediləcək - Yüksək qiymətlərə son qoyulur?

18:4701 İyun, 2023
568
TİBB
  • A
Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. "Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır. Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, daxildir. Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib", - deyə bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?
Yod çatışmazlığının 11 əlaməti

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb