Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2392
25.07.2024, 13:31
Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Ağadadaş Ağayevin vəkilləri Şəfa Camalzadə və Asim Abbasov sayta açıqlama veriblər. Vəkillər müvəkkillərinin ittihamları qəbul etmədiklərini deyiblər:

“Videogörüntülərdən göründüyü kimi, Ağadadaş Ağayev hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicə alır. A. Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü yəqin ki, ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”- deyə vəkillərin açıqlamasında qeyd olunub.

Fotoda Şəfa Camalzadə
14:25 / 04 Sentyabr 2026
18
14:20 / 04 Sentyabr 2026
31
14:18 / 04 Sentyabr 2026
108
13:56 / 04 Sentyabr 2026
36
13:49 / 04 Sentyabr 2026
43
13:36 / 04 Sentyabr 2026
50
13:28 / 04 Sentyabr 2026
41
13:20 / 04 Sentyabr 2026
60
13:11 / 04 Sentyabr 2026
453
13:00 / 04 Sentyabr 2026
70
12:55 / 04 Sentyabr 2026
196
12:54 / 04 Sentyabr 2026
73
12:43 / 04 Sentyabr 2026
58
12:39 / 04 Sentyabr 2026
54
12:31 / 04 Sentyabr 2026
66
12:22 / 04 Sentyabr 2026
269
12:12 / 04 Sentyabr 2026
64
12:01 / 04 Sentyabr 2026
175
11:38 / 04 Sentyabr 2026
68
11:19 / 04 Sentyabr 2026
86
11:16 / 04 Sentyabr 2026
69
11:14 / 04 Sentyabr 2026
522
10:38 / 04 Sentyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.