Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62132
az

Uşağın cinsiyyəti kimdən asılıdır – Oğlan olması üçün nə etməli?

22:0605 Dekabr, 2021
1778
  • A

Uşağın oğlan olması, xüsusən qız uşağından sonra heç olmasa bir oğul sahibi olmaq arzusu bizim cəmiyyətin, mentalitetin əsas problemlərindən biridir. Elə bir müsəlman, şərq kişisi yoxdur ki, oğlan övladı arzulamasın. Bu istək o dərəcədə güclüdür ki, hətta keçmişdə oğlan usağı olmayanda qadını boşayardılar. Nədənsə, kişilərə həmişə elə gəlib ki, uşağın cinsiyyətini qadın həll edir. Ona görə uşaq qız olursa, bunda günahkar qadın olur.

Oxu24.com  uşağın cinsiyyətini planlamağın mümkünlüyü barədə elmi variantları araşdırıb. Uşağın oğlan olmasının qadından, yoxsa kişidən asılı olduğunu nəhayət ki, biləcəksiniz.

Kimin qanı təzədirsə…
Bir nəzəriyyəyə görə, insanın qanı müəyyən müddətdən bir yenilənir. Belə ki, qadınların qanı ildə 3 dəfə, kişilərin qanı isə 4 dəfə yenilənir. Hesablamalara görə, əgər döllənmə atanın qanının yenilənməsinə təsadüf edibsə oğlan, anaya təsadüf edibsə, uşaq qız olur. Yəni uşağın əsası qoyulan an ər arvaddan kimin qanı daha təzədirsə, cinsiyyət də o tərəfə meyilli olur.

Evdə ağa kimdir?
Qədim nəzəriyyələrdən biri də ailədə liderliyin təsirini önə çəkir. Ailədə kimin sözü keçir, kim liderdir? Əgər kişi ağadırsa o zaman uşaq daha çox qız olur. Qadın liderdirsə, əkisnə oğlan olur. Bu teoriya onunla izah olunur ki, ailədə qadın enerjisi basqı altında olub zəiflədikdə təbiət bu tarazlığı qorumaq üçün ailəyə daha çox qız bəxş edir. Yox kişi qadından zəif olduqda, o zaman kişi tərəfi möhkəmlətmək üçün oğlan doğulur.

Kişi xromosomlu spermatazoidlər daha tənbəl və zəif olur. Onlar mənzil başına çatana kimi X xromosomlular irəli keçir. 

Hansı xromosom mayalanacaq?
Elm və tibb uşağın cinsiyyətinin birbaşa kişidən asılı olduğunu bildirir və bunu sübut edir. Belə ki, kişi spermatozoidləri 2 cür olur: Y xromosomlu, X xromosomlu. X xromosomlu qadın, Y xromosomlu kişi cinsinə uyğundur.

Döllənmə zamanı ana yumurta hüceyrəyə hansı spermatozoid tez çatsa, ona da uyğun cins formalaşır. Hansı xromosomun daha diribaş olacağı da atanın qidasından tutmuş sağlamlığına kimi çox şeydən asılıdır. 

Kişi xromosomlu spermatazoidlər daha tənbəl və zəif olur. Onlar mənzil başına çatana kimi X xromosomlular irəli keçir. 

Qadında olan ana yumurta hüceyrə yalnız bir xromosomludur. X-yəni qadın. Onun üçün fərqi yoxdur, kim birləşəcək. Əgər X xromosom mayalanacaqsa, qız olacaq, Y xromosom olacaqsa oğlan. 

Uşağın cinsini yalnız bir halda öncədən seçmək olar: 
O da əgər xromosomlar genetik laboratoriyada seçilib, süni mayalanma olunarsa.

Bir çox ölkələrdə, məsələn Türkiyədə hətta süni mayalanmada da cinsiyyət sifarişi qəbul olunmur və hansı spermatoziod uyğun oldu tətbiq edilir. Təbii hamiləlik zamanı uşağın cinsiyyətini heç bir dərman, metod, türkəçarə planlaşdıra bilməz.

Ad - 00:10
ƏTRAFLI
Shah Freedom 10 sec

Xüsusi metod
İki amerikalı alim Lendran Şettlz və Devid Rorvik uşağın cinsiyyətinə təsir edən metod tapıblar. Onların ideyasına görə, əgər döllənmə qadının dəqiq ovulyasiya gününə düşsə, oğlan olma ehtimalı çoxdur.

Onlar bunu belə əsaslandırır ki, Y –  oğlan xromosomlar daha yüngül və hərəkətli olsalar da, ömürləri az olur. Amma qız xromosomlu spermatozoidlər daha ağır, mühitə dözümlü olur, çox yaşayır.

Ona görə ovulyasiyadan 1-2 gün qabaq xromosomların bir çoxu ana hüceyrənin ətrafında ölür, onların da çoxu təbii ki, Y xromosomlar olur. Sağ qalan X xromosomlar mayalanır və uşaq qız olur. Ona görə də ovulyasiya günü münasibətdə olmaq oğlan olması ehtimalını artırır. 

Mütəmadi və çox cinsi münasibətdə olan kişidə Y xromosomlu spermatozoidlər çox olacaq.

Androloqdan sirr
Həkim androloq uşağın cinsində “günahkar” axtarmağın yanlış olduğunu bildirib. Androloq Vüqar Məmmədov bildirib ki, ona “həkim, oğlan istəyirəm, nə edim, necə edim” kimi sual verən kişilər indi azdır. 

“Ailələr var ki, evlənirlər, amma kişidə Azosperm, yəni sıfır spermdir. O kişi bir evin pulunu xərcləməyə hazırdır ki, təki evindən uşaq səsi gəlsin. Uşağın sağlam olması da atadan asılıdır. Ata sağlam olarsa, döllənmə də, hamiləlik də uğurla olar, uşaq sağlam doğular. 

Uşağın oğlan olması bilavasitə kişidən asılı olduğu üçün, 100 faizlik olmasa da, bəzi kiçik məqamlar var ki, onlara kişilər diqqət yetirsə, bəlkə də cinsiyyətə təsir edə bilərlər. Məsələn, tez-tez mütəmadi cinsi münasibətdə olan kişidə Y xromosomlu spermatozoidlər çox olacaq. Bu da oğlan olma ehtimalını artırır. Az-az, gec ünsiyyətdə olan cütlüklərdə qız daha çox olur. Çünki Y xromosomların ömrü az olur. 

Bir sözlə, kişi çalışmalıdır ki, Y xromosomlar yumurta hüceyrəyə çatsın. Bunun üçün xüsusi pozalar da çalışmaq lazımdır ki, Y spermatozoidlərə kömək etsinlər. Qısa müddətli, uşaqlıq yolunda baş verən əlaqə zamanı daha çox qız uşaqları doğulur. 

Amma indi cəmiyyətdə, andrologiyada əsas problem bu deyil. Əsas məsələ kişi sonsuzluğunun qadınlara nisbətdə çoxalmasıdır. Sağlam, normal speqroqramması olan kişilər çox azdır. Spirtli içki, energetik içkilər, çox oturmaq, sıx alt geyimi, maşında çox olmaq, siqaret normal spermatogenezi pozur.

Kişilər məndə hər şey normaldır, qadınlarla münasibətimdə problem yoxdur deyib arxayınlaşmasın. Evlənməzdən öncə spermoqramma analizi versinlər, androloji yoxlansınlar. Cinsi infeksiyaları olan kişilərdə də Y xromosomlar çox olmur və çox yaşamır. Yenə də o mühitdə X xromosomlar davamlı olur. Ona görə qız uşaqları çox ola bilər”. 

Odur ki, hər gün banan və xiyar yeməklə oğlan gözləmək, ya da alma və süd yeməklə qız istəmək absurddur. Qoroskop, kişinin yaşı, qadının yaşı, bədən forması da rol oynamır. 

Dinimizdə də uşağın oğlan və ya qız olmasının səbəbkarı kişi olaraq göstərilir və buna görə qadını qınamaq, boşamaq, eləcə də qız uşaqlarını öldürmək qadağan edilib. Uşağın oğlan və ya qız olmasının önəmi yoxdur. Təki hər bir kişi ata olsun.

O ki qaldı, nəslin davam olunmasında, genetikanın yaşadılmasında oğlan və ya qızın rolunun olmasına, buna da  gələcək mövzularda açıqlama gətirəcəyik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ