Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48846
az

Ucar xəstəxanasında hadisə: koronavirusa qarşı peyvənd olunan  şəxs komaya düşdü

18:3019 Fevral, 2021
1057
TİBB
  • A

Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Oxu24.com  xəbər verir  ki,Xəstənin oğlu Elşad Səməndərov KONKRET.az-a açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb. O, atasının əvvəl qan təzyiqinin yüksəldiyini, daha sonar isə tədricən vəziyyətinin ağırlaşdığını deyib: “Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi. Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi.  Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Tacəddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”.

Elşad Səməndərov atasının vəziyyətinin kritik olduğunu deyib: “Əlim hər yerdən üzüləndən sonra mən Ramal həkimə zəng vurdum, sağ olsun o, təcili xəstəxanaya gəldi. O gələndən sonra atamı reanimasiyaya apardılar. Hazırda həkimlərdən xəbər gözləyirəm. Əgər mənim atama nəsə olsa, bilin ki, onun ölümündə günahkar səhlənkar həkimlərdir”.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Panik atakla ürək tutmasının fərqi –Qorxanlar oxusun

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var