Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusu ağırlaşdıran ƏSAS PROBLEM

Koronavirusu ağırlaşdıran ƏSAS PROBLEM

TİBB

1610

24.01.2021, 13:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəstənin koronavirus infeksiyasından yaxşılaşmasını çətinləşdirən əsas amillərdən biri də bağırsaq pozğunluqlarıdır.

Oxu24.com  verir ki, bu barədə rusiyalı revmatoloq Pavel Yevdokimenko danışıb.

Onun sözlərinə görə, bağırsaqlar iybilmə və ya yuxu qaydaları ilə müqayisədə çox yavaş normallaşır. Bundan əlavə, bərpa prosesi antibiotik qəbul edənlər üçün daha çətin olacaq və allergik reaksiyalar vəziyyəti daha da ağırlaşdıra bilər.

Yevdokimenko "You-tube" kanalında yayımladığı videoda "Bu insanların sağalma dövrü daha uzun çəkir" deyib.

Həkim bildirib ki, bədənin yaxşılaşması üçün pəhrizə bal, B vitamini, moruq və itburnu kimi tərkibində minimum miqdarda şəkər olan giləmeyvələri daxil etməyə dəyər. //Sonxeber.com