Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3033
20.01.2021, 23:08
“Metformin” qəbul etmək diabet xəstələrində COVID-19 səbəbilə ölüm nisbətini üçqat azaldır.
Publika.az xəbər verir ki, ABŞ-ın Alabama Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib.
Bildirilib ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən “Metformin”, sözün əsl mənasında, COVID-19 xəstəliyindən əziyyət çəkən diabet xəstələrinin həyatını xilas edə bilər. Belə ki, koronavirusa yoluxmadan əvvəl mütəmadi olaraq “Metformin” qəbul edən şəkərli diabet xəstələrinin sağ qalma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən üçqat daha çox olub.
Yeni tədqiqatın müəllifləri koronavirusa yoluxması təsdiqlənmiş 25 min 300-dən çox xəstənin tibbi qeydlərini təhlil edib. Tədqiqatçılar “Metformin” və insulin əlavəsinin xəstələrin ölümü üzərindəki təsirlərini araşdırıb. Məlum olub ki, insulinin (I tip diabetli xəstələr üçün) ölüm riski üzərində heç bir təsiri yoxdur. Bununla birlikdə, infeksiyadan əvvəl “Metformin” qəbul edən şəkərli diabet xəstələrində COVID-19-dan ölmə ehtimalı əhəmiyyətli dərəcədə az olub və diabetik olmayan xəstələr arasında ölüm riski ilə müqayisə edilə bilər.
Böyük Britaniyanın Milli Sağlamlıq Sisteminin məlumatına görə, 1-ci tip şəkərli diabeti olan insanların infeksiyadan ölüm riski diabeti olmayanlara nisbətən 3,5 dəfə çoxdur. 2-ci tipdə isə bu rəqəm 2 dəfə təşkil edir.
Xüsusi qeyd: bu tip araşdırmaların nəticəsi təsdiqlənmiş formada yayılsa da, dərman şirkətləri tərəfindən kommersiya məqsədilə təhrif edilərək tirajlanması ehtimalını istisna etməməkdə fayda var.
11:39 / 14 Noyabr 2026
1
11:32 / 14 Noyabr 2026
45
11:19 / 14 Noyabr 2026
56
11:09 / 14 Noyabr 2026
57
11:00 / 14 Noyabr 2026
75
10:58 / 14 Noyabr 2026
79
10:46 / 14 Noyabr 2026
85
10:36 / 14 Noyabr 2026
82
10:17 / 14 Noyabr 2026
74
09:59 / 14 Noyabr 2026
96
09:46 / 14 Noyabr 2026
105
09:30 / 14 Noyabr 2026
96
09:29 / 14 Noyabr 2026
120
09:23 / 14 Noyabr 2026
119
08:09 / 14 Noyabr 2026
1530
01:15 / 14 Noyabr 2026
169
00:40 / 14 Noyabr 2026
325
00:02 / 14 Noyabr 2026
1264
23:58 / 13 Noyabr 2026
180
23:49 / 13 Noyabr 2026
186
23:40 / 13 Noyabr 2026
198
23:28 / 13 Noyabr 2026
203
23:22 / 13 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.