Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
5546
09.01.2021, 20:18
Vaksinasiya COVID-19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
İnfeksionist bildirib ki, bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir: "Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil-çiçək, difteriya və s.
Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir".
Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir: "İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərəçarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.
Araşdırmalarda koronavirusu- SARS-CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə 6 ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox yüksək deyil".
16:20 / 14 Noyabr 2026
49
16:05 / 14 Noyabr 2026
105
15:45 / 14 Noyabr 2026
93
15:27 / 14 Noyabr 2026
240
15:25 / 14 Noyabr 2026
104
15:07 / 14 Noyabr 2026
202
15:05 / 14 Noyabr 2026
115
14:44 / 14 Noyabr 2026
151
14:31 / 14 Noyabr 2026
109
14:24 / 14 Noyabr 2026
574
14:19 / 14 Noyabr 2026
113
14:15 / 14 Noyabr 2026
104
14:09 / 14 Noyabr 2026
252
13:50 / 14 Noyabr 2026
2586
13:48 / 14 Noyabr 2026
138
13:16 / 14 Noyabr 2026
132
13:03 / 14 Noyabr 2026
113
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
135
12:09 / 14 Noyabr 2026
141
11:58 / 14 Noyabr 2026
140
11:50 / 14 Noyabr 2026
130
11:39 / 14 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.