Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1806
02.01.2021, 21:31
Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Müraciətdə bildirilir ki, hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik: "Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir".
Baş infeksionistin dediyinə görə, təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar: "Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı risqə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.