Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
703
17.08.2020, 23:18
Manyakal depressiya bütün dünyada hər 50 adamdan birində (yəni 2%) görülə bilən, yəni sıx rastlanan bir pozuntudur.
Manyakal depressiya çox insanlarda eyni cür əlamətlərlə özünü göstərsə də, bəzən bir qrup insanda çox fərqli şəkildə, fərqli əlamətlərlə izlənə bilir.
Oxu24.com bildirir ki, bunu psixiatr, uzman həkim Azər Bağırov bildirib.
Manyakal depressiya müalicə edilməzsə, intihara belə yol aça bilən ruhi xəstəlikdir.
"Manyakal" termini aşırı hərəkətli, enerjili, çox danışan, heç nəyi vecinə almayan, güclü, eyforik bir vəziyyətin adıdır. Bu vəziyyətdə dəli kimi alış-veriş etmə istəyi və ya impulsiv riskli seks istəyi və s. hisslər yarana bilər. Sonra isə bu cür yüksək olan əhval ruhiyyə birdən-birə sıfıra düşər.
Xəstəliyin iki güclü və bir-birinə zidd halları var:
1. Manyaklıq və ya hipomanyaklıq - eyforiya və ya qəzəblilik, çox danışmaq və yarışan düşüncələrin olması, özündən razılıq, normadan çox enerjililik, yuxu ehtiyacının azalması, impulsiv olmaq, heç nədən doymama hissi, həddən artıq alış-veriş, ani səyahətlər, lazımsız pul xərcləmək, çox tez-tez sekslə məşğul olmaq, bəzən ani görüşlərdə belə yeni tanışlarla seks yaşamaq, sürətlə maşın sürmək və s.
2. Major depressiya - depressiv əhval ruhiyyə, özünə inamsızlıq, enerjisiz olmaq, üzüntü, tənhalıq, çarəsizlik, özünü günahlandırma, yavaş danıma, yorğunluq, koordinasiyada zəifləmə, yuxusuzluq və ya çox yatmaq istəyi, intihar fikirləri, hər zamankı məşğuliyyətlərə marağın azalması və s.
Qeyd edək ki, müalicə olunmadıqda insanda hər an manyakal və depressiv tutmalar ola bilər və bu intihar fikirlərinin çoxalmasına, intihar etməsinə səbəb olar və ömür boyu davam edər. Lakin bu xəstəlik müalicə olunarsa, müalicədən sonra çox nadir xəstədə təkrarlanma olar.
Bəzən xəstələr özləri xəstəliyi dana bilər, mövcudluğunu düşünməz, həkimə müraciət etməz, amma yaxınları bu əlamətləri hiss edərsə, mütləq onu həkimlə görüşdürməyə çalışmalıdırlar.
00:49 / 17 Noyabr 2026
22
00:34 / 17 Noyabr 2026
53
00:17 / 17 Noyabr 2026
56
23:58 / 16 Noyabr 2026
72
23:50 / 16 Noyabr 2026
80
23:37 / 16 Noyabr 2026
90
23:33 / 16 Noyabr 2026
86
23:25 / 16 Noyabr 2026
90
23:07 / 16 Noyabr 2026
93
22:57 / 16 Noyabr 2026
100
22:47 / 16 Noyabr 2026
103
22:30 / 16 Noyabr 2026
104
22:25 / 16 Noyabr 2026
145
22:21 / 16 Noyabr 2026
222
22:10 / 16 Noyabr 2026
136
21:59 / 16 Noyabr 2026
106
21:52 / 16 Noyabr 2026
141
21:46 / 16 Noyabr 2026
107
21:35 / 16 Noyabr 2026
134
21:30 / 16 Noyabr 2026
2041
21:24 / 16 Noyabr 2026
115
21:16 / 16 Noyabr 2026
128
21:01 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.