Hepatit B ilə bağlı AÇIQLAMA
18 May 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
626
16.08.2020, 11:44
İnfeksionist-hepatoloq Mərdan Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji testlərin əhəmiyyətindən söz açıb.
Oxu24.com xəbər verir ki, həkim Publika.az-a açıqlamasında bildirib ki, seroloji testlərin tətbiq edilməsi məsələsi çoxdan gündəmdə idi:
“Pandemiyanın əvvəllərində həkimlər insanların kütləvi şəkildə seroloji müayinələrdən keçməsi məsələsini təklif etmişdi.
Bu, bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək.
Sözsüz ki, xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq. Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.
Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. İmmunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur. Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək.
Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsa da, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədəuyğun hesab olunur.
Virusa yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri idi. Odur ki, əhali ilə təmasda olan qrupun etməsi tövsiyə olunur”.
14:20 / 19 May 2026
1
14:14 / 19 May 2026
45
14:12 / 19 May 2026
15
14:04 / 19 May 2026
28
14:01 / 19 May 2026
23
14:00 / 19 May 2026
22
13:40 / 19 May 2026
122
13:38 / 19 May 2026
57
13:36 / 19 May 2026
58
13:33 / 19 May 2026
39
13:31 / 19 May 2026
42
13:28 / 19 May 2026
45
13:23 / 19 May 2026
89
13:20 / 19 May 2026
111
13:15 / 19 May 2026
51
13:08 / 19 May 2026
49
13:00 / 19 May 2026
423
12:51 / 19 May 2026
213
12:48 / 19 May 2026
53
12:44 / 19 May 2026
111
12:34 / 19 May 2026
54
12:23 / 19 May 2026
91
12:20 / 19 May 2026
47
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.