Cebhe.info xəbər verir ki, Rusiyada koronavirusun ikinci dalğası oktyabr-noyabr aylarında olacaq. Bu zaman havanın soyuq və rütubətli olması da təsir göstərəcək.
Bunu rusiyalı virusoloq, professor Anatoli Altşteyn deyib.
Onun sözlərinə görə, başqa ölkələrin nümunəsinə baxaraq ikinci dalğanın başlayacağı zamanı təxmin etmək mümkündür.
Məsələn, İsraildə virusdan ikinci dalğada ölüm iki dəfə az olub, əvvəl orada yoluxanların 1,5 faizi ölürdüsə, indi bu rəqəm 0,7 faizdir. Baxmayaraq ki, indiki dalğa yoluxma sayına görə daha güclü olub.
Sinqaurda 50 min yoluxandan ancaq 24 nəfər dünyasını dəyişib, bu isə 0,5 faiz deməkdir. Yaxın Şərqdə də ölüm faizi 1-dən aşağıdır: "Əgər bütün dünya ölkələrində ölüm faizi belə olsaydı, biz bu virusa bəlkə heç əhəmiyyət verməzdik. Ümid edirəm ki, bundan sonra məhz bu, qanunauyğunluq olacaq- yoluxma çox, ölüm faizi isə az olacaq".
O qeyd edib ki, mövsümü amillər gözlənildiyinin əksinə olaraq virusa ciddi təsir etməyib, üstəlik hələlik kollektiv immunitet də yaranmayıb: "Bunun üçün, məsələn, Moskvada 5 milyon insanın yoluxması lazımdır.
Peyvəndləmə gələn il Moskvada aparıla və kollektiv immunitet yarana bilər".
Oxu24.com
ŞƏRHLƏR