Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
758
30.07.2020, 22:58
Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir.
Rusiyada hətta belə deyim də var - "Sibir sağlamlığı". Sibirlilərin fikrinə görə bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.
Sidr ağacı Sibir meşələrinin rəmzidir. Bu ağac əsl şəfa mənbəyidir. Sidr ağacı havaya müalicəvi fitonsidlər buraxır ki, bu da nəfəsalma sistemini möhkəm və sağlam edir. Ağacın qabığı və iynəyarpağı da müalicəvi məqsədlərlə geniş istifadə olunur. Sidr ağacı faydalı qozu ilə da məşhurdur. Əslində "sidr qozu" kimi tanınan məhsul qoz deyil, sidr ağacının qozasının içində olan toxumdur. Bir belə qozanın içində 150-yə qədər "qoz" var.
Sidr qozu formaya görə nar dənəsini xatırladır. Bu qozun tərkibi həqiqətən möcüzəlidir - 10-dan çox əvəzolunmaz aminturşuları, A, B qrupu, E vitaminləri, mis, marqan, kalsium, maqnezium, sink kimi minerallar, Omeqa-3 və Omeqa-6 yağlı turşular, qidalı liflər və s.
Oxu24.com sizə sidr qozunun faydalı xüsusiyyətlərini təqdim edir:
- orqanizmə ümumimöhkəmləndirici təsir edir, ağır xəstəlik və ya əməliyyat keçirmiş insanlar üçün faydalıdır
- immun sisteminə müsbət təsir edir
- ürək-damar sistemi üçün çox faydalıdır
- aterosklerozun inkişafının qarşısını alır
- qanda "pis" xolesterolun səviyyəsini aşağı salır
- sinir sistemi üçün olduqca faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini stimullaşdırır, beyində qocalma proseslərini ləngidir
- yuxunu tənzimləməyə kömək edir
- kişilərdə potensiyanı yaxşılaşdırır
- iştahanı azaldır və bu səbəbdən arıqlamağa kömək edir.
Sidr qozu Azərbaycanda yetişməsə də market və bazarlarda tapmaq olur. Sidr qozunu qabıqlı şəkildə alın. Qozun ləpəsi çox xoş, şirintəhər dada malikdir.
19:32 / 17 May 2026
88
19:27 / 17 May 2026
107
19:12 / 17 May 2026
1450
19:02 / 17 May 2026
84
19:00 / 17 May 2026
77
18:43 / 17 May 2026
302
18:41 / 17 May 2026
81
18:39 / 17 May 2026
82
18:37 / 17 May 2026
83
18:35 / 17 May 2026
88
17:32 / 17 May 2026
207
17:28 / 17 May 2026
87
17:27 / 17 May 2026
89
17:25 / 17 May 2026
96
17:16 / 17 May 2026
543
17:14 / 17 May 2026
85
17:11 / 17 May 2026
91
17:08 / 17 May 2026
85
17:07 / 17 May 2026
85
17:05 / 17 May 2026
97
15:14 / 17 May 2026
91
15:00 / 17 May 2026
93
14:45 / 17 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.