Stomatoloq: “Gec müraciət diş itkisinə səbəb olur”
12 May 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
992
14.06.2020, 17:20
Ümumdünya Səhiyyə Təşkilatının qeydlərinə əsasən, güclü immunitet sistemi koronavirusla mübarizədə təsirlidir.
Publika.az xəbər verir ki, daxili xəstəliklər üzrə türk mütəxəssis Hakkı Doğan immuniteti gücləndirmək üçün bəzi qidaların istehlakının vacib olduğunu bildirib.
Həkim həmçinin siqaret və spirtli içkidən uzaq olmağın, aktiv həyatın da burada önəmli nüans olduğunu qeyd edib.
Mütəxəssisin fikrincə, şüurlu istehlak vərdişləri ilə koronavirus kimi pandemiyalardan qorunmaq mümkündür:
“Kətan toxumu tərkibindəki Omeqa-3 səbəbindən antioksidant təsirə malikdir. Çörək otu da antiviral və antibakterial təsir göstərir. Hindistan qozu maddələr mübadiləsini stimullaşdırır və kilo vermək xüsusiyyətinə malikdir”.
Həkim yay meyvələrinin istehlakının önəmli olduğunu qeyd edib:
“Çiyələk, qarpız, qovun, albalı və ərik bağırsaq hərəkətliliyini artırır. Aşağı kalorili dəyəri ilə çəki artımının da qarşısını alır. Həm də itirilən maye elektrolitlərin dəyişdirilməsini təmin edir”.
H.Doğan vurğulayıb ki, çuğundur A, C vitaminləri, beta karotin, fosfat və sinklə zəngindir:
“Nar və kələm də antioksidantdır. Limon həm antiseptik, həm də antioksidantdır. Xiyarın kalorisi az, mayesi yüksəkdir. Xiyar əsasən C və K vitaminləri anbarıdır”.
Ekspert C vitamini ilə zəngin olan yaşıl bibər və göbələyin faydasından da danışıb:
“Yaşıl bibər C vitamini ilə zəngindir. Göbələk isə immunitet sistemi üçün güc mənbəyidir. Çünki tərkibində protein, lif, B və C vitaminləri, kalsium, minerallar var. Gül kələmi də öz növbəsində yüksək antioksidantdır”.
Son olaraq mütəxəssis qara qarağatın iltihabı azaltmaq və immunitet sistemini tənzimləmək baxımından təsirli olduğunu vurğulayıb.
15:15 / 12 May 2026
5
15:04 / 12 May 2026
23
14:55 / 12 May 2026
35
14:50 / 12 May 2026
32
14:44 / 12 May 2026
39
14:38 / 12 May 2026
39
14:35 / 12 May 2026
48
14:25 / 12 May 2026
40
14:23 / 12 May 2026
58
14:21 / 12 May 2026
56
13:49 / 12 May 2026
245
13:48 / 12 May 2026
81
13:34 / 12 May 2026
69
13:11 / 12 May 2026
582
13:02 / 12 May 2026
181
12:56 / 12 May 2026
177
12:49 / 12 May 2026
481
12:47 / 12 May 2026
71
12:43 / 12 May 2026
98
12:40 / 12 May 2026
79
12:31 / 12 May 2026
254
12:25 / 12 May 2026
80
12:20 / 12 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.