Gözlər niyə tez-tez sulanır? - Həkim AÇIQLADI
11 May 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1113
12.06.2020, 21:16
Azərbaycanda koronavirusa yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat veriləcək.
"Oxu24.com" bildirir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.
Sənədə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.
12:05 / 12 May 2026
20
12:02 / 12 May 2026
55
11:54 / 12 May 2026
33
11:43 / 12 May 2026
43
11:38 / 12 May 2026
62
11:23 / 12 May 2026
429
11:19 / 12 May 2026
44
11:11 / 12 May 2026
51
11:06 / 12 May 2026
43
11:02 / 12 May 2026
228
10:56 / 12 May 2026
51
10:55 / 12 May 2026
14484
10:49 / 12 May 2026
101
10:40 / 12 May 2026
58
10:32 / 12 May 2026
64
10:30 / 12 May 2026
54
10:25 / 12 May 2026
95
10:23 / 12 May 2026
60
10:21 / 12 May 2026
75
10:12 / 12 May 2026
64
10:00 / 12 May 2026
464
09:45 / 12 May 2026
71
09:44 / 12 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.