D vitamini çatışmazlığı qrip və COVID-19-u ağırlaşdırır
20 Fevral 2026, 21:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1250
06.06.2020, 14:01
Hər iki cinsin nümayəndələrində cinsi həvəsi artıran qida məhsullarının və bitkilərin mövcudluğu dövrü qədimdən məlumdur.
Qədimdə bu bilgilər yalnız kahin, hökmdar və zadəgan ailələrinə məlum idi və qorunaraq gələcək nəslə ötürülürdü. Müasir dövrdə isə afrodiziak qidalar barədə məlumatı istənilən hər kəs əldə edə bilər.
İkinci vacib faktor kimi qəbul edilən stress və natamam yuxu sinir sisteminin gücünün tükənməsinə, xroniki yorğunluğa və həvəsin azalmasına səbəb olur. Siqaret çəkən qadınlarda da cinsi istək daha zəif olur. Tütünün yanma məhsullarının orqanizmə daxil olması C, E, və A vitaminlərinin itirilməsi və cinsiyyət sisteminin normal fəaliyyətinin pozulması ilə nəticələnir. Cinsi həvəsin azalmasına və menstrual siklin pozulmasına səbəb olan daha bir maddə kofeindir. Onun təsiri ilə qanda testesteron səviyyəsi və libido azalır. Alkoqol da kofeinə analoji təsir göstərir. Hədsiz yağlı, duzlu və ağır yeməklərin qəbulundan sonra afrodiziakların təsiri daha zəif olur.
Afrodiziak qidaların qadın orqanizminə təsiri qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırmaq, ürək vurğularının sayını və erogen sahələrin həssaslığını artırmaqla əlaqədardır. Həmin qidalar antioksidantlar, vitamin və fitonutrientlərlə zəngin olduğuna görə orqanizmin immun müdafiə qabiliyyətini yüksəldir və yaşlanmanın qarşısını alır. Bəzi bitki və qidalar qanda testesteronun səviyyəsini tənzimləmək xüsusiyyətinə malikdir. Həmin maddələr tərkibində çox miqdarda B qrupu, C, K vitaminləri saxladığından artıq çəki ilə mübarizədə də yardımçı olur və onların təsirləri nəticəsində qadının əhvali-ruhiyyəsi yaxşılaşır, hormonal fon tənzimlənir və cinsi istək yüksəlir.
Cinsi həvəsi aşağı olan qadınların qida rasionuna daxil edilməli olan qida məhsulları ilk növbədə qoz, dənli bitkilər və yağsız ət növləridir, çünki həmin qidalar sink və maqnezuimla zəngindir. Sink sinir sisteminin normal fəaliyyəti və hüceyrələrin enerji ilə təchiz olunması üçün əvəzolunmaz təsir göstərir, əhvalı yaxşılaşdırır və qanda cinsi hormonların miqdarını artırır, maqnezium isə streslə mübarizədə orqanizmə kömək edir və immuniteti yüksəldir.
Təzə tərəvəz və meyvələr təkçə vitamin anbarı deyil, həm də sellüloza mənbəyidir. Sellüloza həzmi yaxşılaşdırır, onun orqanizmi yumşaq şəkildə təmizləməsi əhvalın və həvəsin artmasına səbəb olur.
Libidosu aşağı olan qadınların qidası B qrupu vitaminləri ilə kifayət qədər zəngin olmalıdır. Həmin vitaminlər daha çox yağlı balıq, süd məhsulları, kartof və paxlalılarda olur. Onun çatışmazlığı depressiyaya və immuntetin zəifləməsinə gətirib çıxarır.
Qadın orqanizminə müsbət təsir göstərən afrodiziak qida məhsulları:
Çili bibəri – tərkibində olan və bibərə acılıq verən kapsaisin maddəsi qadın orqanizminin həssaslığını artırır.
Muskat qozu – cinsi həvəsi artırır.
Həmçinin oxuyun
22:58 / 20 Fevral 2026
16
22:48 / 20 Fevral 2026
206
22:34 / 20 Fevral 2026
21
22:25 / 20 Fevral 2026
42
22:23 / 20 Fevral 2026
31
22:19 / 20 Fevral 2026
53
22:14 / 20 Fevral 2026
191
22:07 / 20 Fevral 2026
73
22:05 / 20 Fevral 2026
43
21:58 / 20 Fevral 2026
48
21:55 / 20 Fevral 2026
35
21:51 / 20 Fevral 2026
269
21:46 / 20 Fevral 2026
53
21:46 / 20 Fevral 2026
46
21:38 / 20 Fevral 2026
41
21:29 / 20 Fevral 2026
97
21:29 / 20 Fevral 2026
47
21:28 / 20 Fevral 2026
54
21:11 / 20 Fevral 2026
53
20:58 / 20 Fevral 2026
50
20:47 / 20 Fevral 2026
64
20:39 / 20 Fevral 2026
68
20:24 / 20 Fevral 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.