Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qardaş və bacı koronavirusdan öldü

Bakıda qardaş və bacı koronavirusdan öldü

TİBB

1304

03.06.2020, 20:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, bir gün əvvəl Azərbaycanda 273 yeni koronavirus infeksiyası aşkar edilib və daha üç nəfər ölüb.

Oxu24.com xəbər verir ki, dünən dünyasını dəyişən COVID-19 xəstələrindən ikisi 1954 və 1956-cı il təvəllüdlü qardaş və bacı olub. Digər bir qardaşın vəziyyəti isə ağırdır – komadadır. Adamda diabet və ürək problemləri var. Onun oğlu da koronavirusa yoluxub, amma vəziyyəti normaldır.

Mərhumun yaxınlarının dediyinə görə, dünyasını dəyişənlər anasının ildönümünə gələn bir qadın tərəfindən koronavirusa yoluxub. Təəssüf ki, Bakıda yaşayan bu ailənin bir koronavirus xəstəsi olması çox gec başa düşülüb və yalnız pnevmoniya başlayandan sonra həkimlərə müraciət edib.