Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1230
01.06.2020, 19:48
“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub: “İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?
Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.
V. Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik:
“Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.
İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirib:
“Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdır. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcısıdırlar. Bu insan digərinə virusu yoluxdura bilər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Hər kəs maska taxıb sosial məsafəni qorusa, yenə də yoluxma olacaq. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalacaq, indiki vəziyyətdə olmayacaq”.
V. Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb:
“COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.
V. Əliyev vurğulayıb ki, koronavirusa qarşı peyvəndlə bağlı yeni məlumat yoxdur:
“Uzun müddətdir, peyvəndlə bağlı araşdırmalar davam edir. Hələ ki, tam təsdiq olunmuş peyvənd yoxdur. Qısa müddətdə peyvəndin hazırlanması mümkün deyil. Peyvəndin nə qədər etibarlı, qoruyuculuğunun nə qədər, hansı müddətdə olduğu təsdiqini tapmayıb. Çalışmalar bitməlidir ki, sonra sağlam, könüllü insanlar arasında təcrübədən keçirilsin.
Hər gün virusa yoluxan insanları görürük. Onlarla hər gün təmasda oluruq. Onlar xəstəxanalarda müalicə alırlar. Ön cəbhədə vuruşan həkimlərdən biri olaraq demək istəyirəm ki, virus çoxdur və yayılmaqda davam edir. Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün, sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var. Yəni bu faydalı olan əməlləri bir az məsuliyyətli şəkildə anlayıb əməl etməyi tövsiyə edirəm.
Çünki virusa yoluxma halı hazırda daha yüksəkdir. Biz artıq karantin rejiminin yumşadılmasına doğru gedirik. İndiki vaxtda yoluxma riski daha yüksəkdir. Qaydalara əməl etməsək, gec ola bilər. Qaydalara əməl etməklə, eyni zamanda digər insanlar arasında bunu təşviq etməklə həm özümüzü, həm də ailəmizi qoruya bilərik. Başqa insanları da buna cəlb etməliyik. Bununla yoluxmanın sürətini xeyli azaltmış olarıq”.
Günün təklif olunan videosu:
10:53 / 11 May 2026
1
10:46 / 11 May 2026
112
10:42 / 11 May 2026
24
10:41 / 11 May 2026
18
10:38 / 11 May 2026
23
10:23 / 11 May 2026
192
10:21 / 11 May 2026
37
10:20 / 11 May 2026
31
10:18 / 11 May 2026
32
09:48 / 11 May 2026
52
09:45 / 11 May 2026
40
00:40 / 11 May 2026
339
00:29 / 11 May 2026
209
00:17 / 11 May 2026
382
23:54 / 10 May 2026
370
23:46 / 10 May 2026
369
22:48 / 10 May 2026
104
22:27 / 10 May 2026
113
22:27 / 10 May 2026
122
22:12 / 10 May 2026
122
21:24 / 10 May 2026
444
21:21 / 10 May 2026
123
21:17 / 10 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.