Yüksək xolesterin çox vaxt heç bir əlamət vermir -HƏKİM
19 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
618
08.04.2020, 20:55
Koronavirusdan ölənlərin çoxunun kişi cinsi nümayəndələri olmasının səbəbləri araşdırılıb.
Milli.Az BBC Türk-ə istinadla bildirir ki, bu, qadınların immun sisteminin kişilərə nisbətən daha güclü olması ilə əlaqədardır.
Bu iddia ilə Oksford Universitetinin professoru Philip Goulder çıxış edib.
"Qadınlarla kişilərin immun sistemləri arasında ciddi fərqin olması gün keçdikcə daha aşkar görünür", - o, çıxışında söyləyib.
Həmçinin kişilərin infarkt keçirmə, şəkər xəstəliyinə tutulma və xroniki ağciyər xəstəliklərinə tutulma riski də qadınlara nisbətən çoxdur.
Bu, qadınların kişilərdən iki dəfə artıq X xoromosomu daşıması ilə əlaqəli ola bilər. Kişilərdə X və Y xoromosomları bərabər sayda olsa da, qadınlarda Y-in əvəzinə də X xromosomları var. İmmunla bağlı genlər isə, əsasən, X xromosomunda yer alıb.
Professorun dediyinə görə, koronavirusa görə kişilərin daha çox ölməsi ilə bağlı siqaret çəkmək ehtimalı da var.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.
23:06 / 19 Noyabr 2026
28
23:05 / 19 Noyabr 2026
39
22:59 / 19 Noyabr 2026
48
22:47 / 19 Noyabr 2026
68
22:43 / 19 Noyabr 2026
210
22:35 / 19 Noyabr 2026
71
22:31 / 19 Noyabr 2026
63
22:14 / 19 Noyabr 2026
72
22:10 / 19 Noyabr 2026
96
22:03 / 19 Noyabr 2026
75
22:01 / 19 Noyabr 2026
76
21:51 / 19 Noyabr 2026
72
21:48 / 19 Noyabr 2026
157
21:45 / 19 Noyabr 2026
561
21:42 / 19 Noyabr 2026
75
21:29 / 19 Noyabr 2026
84
21:18 / 19 Noyabr 2026
383
21:13 / 19 Noyabr 2026
89
21:05 / 19 Noyabr 2026
120
21:00 / 19 Noyabr 2026
90
20:48 / 19 Noyabr 2026
99
20:45 / 19 Noyabr 2026
1
20:42 / 19 Noyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.