Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
936
04.04.2020, 18:00
"COVİD 19" evdə də müalicə oluna bilər".
Oxu24.com xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. O qeyd edib ki, ölkədə bir koronavirus ajiotajı yaranıb:
"Bütün həkimlər mobilizasiya edilir. Tibb Universitetinin tədris-cərrahi korpusu müasir havalandırma sisteminə rəğmən, hazırda karanitn statuslu xəstəxana kimi çalışır. Tibb Universiteti Cərrahi Kafedralarının əməkdaşları da qruplar şəklində bu işə cəlb olunub. Mən də siyahıda ön cərgələrdəyəm. Əslində, görünən odur ki, bu işin yerli koordinatorları çaşqınlıq içindədirlər. Ora getməkdə özüm də maraqlıyam. İşin təşkilini öz gözlərimlə görmək üçün.
Biz niyə Fransa, Almaniya təcrübəsindən yararlanmamalıyıq?
Professor qeyd edib ki, xəstəlik tam evdə də müalicə oluna bilər:
"COVİD -19-un spesifik, patoqnomonik simptomu yoxdur! Bu, bir atipik respirator virus infeksiyasıdır. Özünüzdə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin. Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin.
Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri COVİD-19-dan daha ağır gedişə malik olur".
Adil Qeybulla aşağıdakı qaydalara riayət etməyi məsləhət bilib:
1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın. Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın.
2. Bol maye (ilıq şəkildə su) için. Su, bir tərəfdən, burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur, digər tərəfdən, intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.
3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır. Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, Parasetamol həblərindən (500 mg gündə 2 dəfə) istifadə edin. Sink (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.
4. Yağda qızardılmış yeməkləri azaldın, nativ kərə yağı daha məsləhətdir.
5. Meyvə-tərəvəzə üstünlük verin.
Professor bildirib ki, xəstələr bu rejimə ciddi əməl etsə, xəstəlik tədricən keçəcək:
"Əgər, davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın".
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.