Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
977
25.03.2020, 16:39
"Xloroxin" (Chloroquinum) dərman preparatı yeni tip koronavirusun müalicəsində ölümcül təhlükəlidir.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu barədə "Banner Health" qeyri-kommersiya səhiyyə təşkilatının saytında dərc olunan press-relizdə məlumat verilib.
Məlumatda vurğulanıb ki, koronavirusa yoluxma zamanı malyariyanın müalicəsi və qarşısının alınması üçün nəzərdə tutulan "xloroxin"i qəbul etmək yolverilməzdir.
"İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, ancaq özünümüalicə bu problemi həll etmir", - deyə ABŞ-ın Arizona ştatının Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks bildirib.
Xəbərdarlıq 60 yaşlı cütlüyün tərkibində "xloroxin" olan dərmanı qəbul etməsindən sonra dərc olunub. Onlar Donald Trampın iştirak etdiyi mətbuat konfransında bu dərmanın faydası barədə eşidiblər. Bu vaxt yadlarına düşüb ki, akvariumu təmizlədikləri vasitənin tərkibində "xloroxin" var. Cütlük ibtidai tədbir kimi bu preparatdan az miqdarda qəbul edib.
"Biz koronavirusa yoluxmaqdan çox qorxurduq", - deyə qadın etiraf edib. Onun sözlərinə görə, dərman qəbul etdikdən 20 dəqiqə sonra halları pisləşib.
"Mən qusmağa başladım, yoldaşımın isə nəfəs almasında problem yarandı", - deyə qadın bildirib.
Yarım saat ərzində onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Kişinin həyatını xilas etmək mümkün olmayıb. Ağır vəziyyətdə olan qadın isə həkimlərin nəzarəti altındadır.
Həkimlər vətəndaşlara özbaşına dərman müalicəsini qəti şəkildə qadağan edir və koronavirus əlamətləri görünərsə, dərhal təcili yardımla əlaqə saxlamağı məsləhət görürlər.
Onlar, həmçinin, tibb işçilərini bu dərmanı xəstələrə təyin etməməyə çağırıb.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.