Hansı qidalar qan şəkərini yüksəldir?
19 Noyabr 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
664
23.03.2020, 22:04
Koronavirus artıq dünyanın 187 ölkəsində aşkar olunub, təxminən 300 min əhali virusa yoluxub, 13 mindən çox adam vəfat edib.
Oxu24.com -un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O bildirib ki, fevral və mart ayında əsasən bu virus ölkəyə idxal olunurdu, yəni vətəndaşlar bu virusa xarici ölkələrdə yoluxub qayıdırdı: "İndi isə artıq ölkə daxilində də virusa yayılma baş verir. Ona görə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Heç bir ölkənin səhiyyə sistemi bu virusa tam hazır deyildi. Hətta bəzi ölkələrdı yalnız ağır vəziyyətdə olanlar müalicə olunurdu. Virusa yoluxan təxminən 15-20 faiz xəstə oksigen terapiyası, 5 faizində isə ağciyərlərin süni ventilyasiyana ehtiyac olur. Ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı və spirt tərkibli məhlullar vurulmalıdır. Eyni zamanda vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərilməlidir".
Səhiyyə naziri yaşı 65-dən çox olan vətəndaşların evdən çıxmasına qadağa qoyulması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu qərar yaşı 65-dən yuxarı olan tibb işçilərinə aid deyil:
"Yaşı 65-dın yuxarı olan tibb işçiləri öz vəzifə borcunu yerinə yetirəcək. Bu qərar tək olan vətəndaşlar üçün nəzərdə tutulub".
Nazir müavininin sözlərinə görə, Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlərdir, digərləri ölkə daxili yoluxmaya tutulanlardır.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.