Qorxudan və stressdən şəkər yaranırmı? -AÇIQLAMA
27 Oktyabr 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
782
17.03.2020, 17:32
İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir”.
Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.
Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.
Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:
- Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir
- Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin
- Xəstə insanlarla kontaktdan çəkinin
- Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin
- Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun
- Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın
- Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın
- Şübhəli simptomlar varsa, 7 gün evdə qalın
Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19” simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.