Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan rəsmən AÇIQLADI:Hazırda karantində 560 nəfər var +video

Azərbaycan rəsmən AÇIQLADI:Hazırda karantində 560 nəfər var +video

TİBB

1078

17.03.2020, 00:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.

Oxu24.com -un  məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var: “Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, onlar sağalaraq evə buraxılıblar”.