Autizmli uşaqlar bu səbəbdən doğulurmuş
03 Noyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
302
04.09.2026, 13:20
Müasir dövrdə ürək-damar xəstəlikləri dünyada və ölkəmizdə ən çox yayılan, ciddi fəsadlara yol açan sağlamlıq problemlərindən biridir. Xüsusilə stent qoyulmuş, əməliyyat olunmuş və ya təzyiqdən əziyyət çəkən pasiyentlərin əksəriyyəti müalicə kursunu yarımçıq saxlayaraq həyatlarını böyük risk altına atırlar. Çox vaxt xəstələr özlərini bir qədər yaxşı hiss edən kimi dərman qəbulunu dayandırır və xəstəliyin tam sağaldığını zənn edirlər. Lakin mütəxəssislər bildirirlər ki, ürək patologiyaları xroniki xarakter daşıyır və müalicənin dayandırılması geriqayıtmaz ağır nəticələrə gətirib çıxarır. Əksər hallarda dərmanı kəsdikdən sonra vəziyyəti kəskin pisləşən şəxslər yenidən müalicəyə başlasalar da, bir daha əvvəlki vəziyyətə bərpa oluna bilmirlər. Bəs ürək xəstələri dərmanları nə qədər qəbul etməli və hansı kritik səhvlərə yol verməməlidirlər?
Mövzu ilə bağlı Oxu24.com-a tanınmış mütəxəssis, kardioloq Dr. Üzeyir Rəhimov açıqlama verib.
Üzeyir Rəhimov bildirib ki, ürək xəstəliklərinin əksəriyyəti qrip kimi sağalıb keçən xəstəlik deyil, ömürboyu davam edən xroniki prosesdir:
“Ürək xəstəliklərinin böyük çoxluğu xroniki xəstəliklərdir. Yəni qrip kimi sağalıb qurtarmır. Buna görə də ürək üçün müalicəni davamlı istifadə etmək lazımdır.
Bizə ən çox ünvanlanan suallardan biri stent qoyulduqdan və ya ürək əməliyyatından sonra dərmanların kəsilməsi ilə bağlıdır. Xəstələr bilməlidir ki, stent qoymaq və ya əməliyyat olunmaq ürək-damar problemini tam həll etmir, sadəcə mövcud olan daralmanı ortadan qaldırır”.
Onun sözlərinə görə, damardakı ateroskleroz (kirəclənmə) prosesi davam etdiyi üçün yağəridici və qandurulducu dərmanları ömür boyu istifadə etmək mütləqdir:
“İkinci ən çox rastlaşdığımız məsələ ürək çatışmazlığıdır. Pasiyentlər bir az yaxşılaşan kimi dərmanları, xüsusən də sidikqovucu preparatları içmək istəmirlər. Amma dərmanı kəsdikdən sonra vəziyyət kəskin pisləşir. Pisləşdikdən sonra dərmana yenidən başlasalar belə, heç vaxt əvvəlki vəziyyətə qayda bilmirlər, daha geridə qalırlar”.
Həkim qeyd edib ki, üçüncü məsələ isə təzyiq və xolesterindir. Təzyiq və xolesterin dərmansız düşmür. Xüsusilə xolesterinin qida və idmanla əlaqəsi cəmi 10%-dir, 90%-ni orqanizmimiz özü sintez edir. Buna görə də, əgər ürəyinizdə problem varsa, təzyiq, xolesterin və ümumiyyətlə ürək dərmanları daima qəbul edilməlidir.
Nigar
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.