Bu yaşda ət yemək ömrü uzadır
09 Noyabr 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
294
20.08.2026, 13:59
Qadın sağlığı və reproduktiv sağlamlıq sahəsində ən çox rast gəlinən problemlərdən biri də endometrioid, xalq arasında isə "şokolad kistası" kimi tanınan patologiyadır. Bu xəstəlikdən əziyyət çəkən bir çox qadınları ən çox düşündürən məsələ kistanın mütləq cərrahi yolla kənarlaşdırılmasının vacib olub-olmamasıdır. Mütəxəssislər bildirirlər ki, hər şokolad kistası olan pasiyent dərhal əməliyyat masasına əyləşdirilməməlidir. Cərrahi müdaxilə qərarı verilərkən kistanın ölçüsü ilə yanaşı pasiyentin yaşı, kəskin şikayətlərinin varlığı və analıq planları kimi bir çox vacib faktorlar nəzərə alınmalıdır. Xüsusilə gələcəkdə övlad sahibi olmaq istəyən qadınlar üçün bu cür əməliyyatların müəyyən riskləri mövcuddur. Mövzu ilə bağlı ətraflı məlumatı Oxu24.com-a həkim-ginekoloq Aygün Osmanova verib.
Müsahib bildirib ki, izləyicilərimizdən tez-tez şokolad kistasının hansı hallarda əməliyyat olunmalı olduğu ilə bağlı suallar alırıq. Burada təkcə kistanın (endometrioid kistanın) ölçüsü əsas meyar deyildir, bir çox faktorları kompleks şəkildə nəzərə almaq lazımdır:
“İlk olaraq, xəstənin kəskin şikayətlərinin olub-olmaması yoxlanılmalıdır. Əgər kistanın burulması və ya daxili qanaxma kimi kəskin əlamətlər müşahidə olunursa, bu halda cərrahi əməliyyat mütləq göstərişdir.
Bundan başqa, xəstənin yaşı, ana olmaq istəyi və ultrasəs müayinəsində kistanın bədləşmə (bədxassəli şişə çevrilmə) potensialının olub-olmaması nəzərə alınır. Bədləşmə riski olduqda da endometrioid kistalar əməliyyat olunmalıdır”.
Həkim qeyd edib ki, əsas nüanslardan biri də süni mayalanma (EKO) planlaşdıran qadınlarla bağlıdır. Əgər kista yumurta toplanması prosesinə mane olursa, bu zaman əməliyyat icra edilir. Əks halda, əgər xəstənin ana olmaq istəyi varsa və kistanın ölçüsü çox böyük deyilsə, əməliyyat olunmamaq daha məsləhətdir. Çünki yumurtalıqda aparılan hər bir cərrahi əməliyyat yumurta hüceyrələrinin keyfiyyətini və ehtiyatını aşağı salır.
11:09 / 09 Noyabr 2026
19
11:05 / 09 Noyabr 2026
32
10:55 / 09 Noyabr 2026
88
10:51 / 09 Noyabr 2026
44
10:44 / 09 Noyabr 2026
102
10:38 / 09 Noyabr 2026
141
10:30 / 09 Noyabr 2026
86
10:27 / 09 Noyabr 2026
64
10:10 / 09 Noyabr 2026
133
10:09 / 09 Noyabr 2026
147
10:00 / 09 Noyabr 2026
178
09:36 / 09 Noyabr 2026
1042
09:26 / 09 Noyabr 2026
84
09:19 / 09 Noyabr 2026
128
08:46 / 09 Noyabr 2026
104
08:42 / 09 Noyabr 2026
768
08:25 / 09 Noyabr 2026
133
04:25 / 09 Noyabr 2026
754
02:31 / 09 Noyabr 2026
729
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
819
01:10 / 09 Noyabr 2026
492
01:06 / 09 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.