Qaynar xətt:

(+99450) 247 90 86

Gənclər arasında bu psixoloji pozuntu sürətlə yayılır — "Borderline" nədir?  

Gənclər arasında bu psixoloji pozuntu sürətlə yayılır — \"Borderline\" nədir?  

TİBB

70

28.07.2026, 12:30

Mütəxəssislər son dövrlərdə gənclər arasında psixoloji problemlərin və emosional dalğalanmaların artdığını bildirirlər. Xüsusilə emosiyaların idarə olunmasında çətinlik, ani əsəb partlayışları və güvənsizlik hissi ən çox rast gəlinən hallardandır. Mütəxəssislərin fikrincə, bu simptomlar müasir dövrdə geniş yayılan ciddi bir psixoloji pozuntunun göstəricisi ola bilər. Zamanında müdaxilə olunmadıqda bu hal şəxsin həm sosial, həm də şəxsi həyatına ciddi mənfi təsir göstərir. Psixi sağlamlıq sahəsindəki aktual məsələlərlə bağlı portalımıza vacib məqamlar açıqlanıb.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən mütəxəssisimiz Klinik Psixoloq Xanım Abdullayeva gənclər arasında geniş yayılan bu pozuntudan və onun fəsadlarından danışıb:

"Gənclər arasında ən çox yayılmış pozuntu 'Borderline' (sərhəd) şəxsiyyət pozuntusudur. Bu pozuntudan əziyyət çəkən şəxslər müraciət edərkən ən çox 'Duyğularım, düşüncələrim tez-tez dəyişir', 'Gah özümü yaxşı hiss edirəm, gah pis', 'Nə hiss etdiyimi bilmirəm, həyat çox mənasızdır' kimi cümlələr işlədirlə.

Onun sözlərinə görə, bu şəxslərdə duygular və düşüncələr tez-tez dəyişir, orta yol yoxdur və hər şeyi ən uclarda (ya 0, ya 100) yaşayırlar. Onlar güvən problemi, itirmək və tərk olunmaq qorxusu yaşayır, asılı münasibətlər qururlar. Hətta özlərinə zərər verəcək davranışlar, intihar düşüncələri və ya cəhdləri də ola bilər. Münasibətlərdə bir insanı çox tez ideallaşdırıb, bir müddət sonra ona karşı ciddi qəzəb hiss edə bilirlər.

Buna səbəb olaraq psixoloq diqqətsizlik, taciz, təcavüz, psixoloji şiddət və itki kimi psixoloji travmaları misal gətirib:

“Diqnozu psixiatr təyin edir, lakin psixoterapiya da mütləqdir. Bu, öz-özünə keçən bir problem deyil, əsasən gençlik dövründə üzə çıxır və getdikcə ağırlaşır. Əgər hər hansı psixoloji travma hiss edirsinizsə, problemi ağırlaşdırmadan mütləq mütəxəssisə müraciət edin”.