Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
747
16.06.2026, 17:10
Müasir tibb elmində D vitamini artıq sadəcə bir vitamin deyil, bədəndəki bir çox hormonal və müdafiə proseslərini tənzimləyən mühüm bir element olaraq qəbul edilir. İmmunitetin gücləndirilməsindən tutmuş sümük-oynaq sisteminin sağlamlığına, depressiyadan qorunmaqdan xərçəng riskinin azaldılmasına qədər bir çox həyati funksiya birbaşa bu vitaminin bədəndəki səviyyəsindən asılıdır. Lakin dünya əhalisinin böyük bir qismi, xüsusən də şəhər mühitində yaşayanlar bu elementin kəskin çatışmazlığından əziyyət çəkir. Çox vaxt insanlar elə düşünürlər ki, günəşli bir ölkədə yaşamaq və ya yay aylarında dəniz kənarında vaxt keçirmək D vitamini ehtiyacını tamamilə ödəyir. Təəssüf ki, coğrafi şərait, atmosfer çirkliliyi, günəş şüalarının düşmə bucağı və bədənin fərdi xüsusiyyətləri bu sintezi çətinləşdirir və analiz vermədən, kor-koranə addım atmaq problemi daha da dərinləşdirir.
Bəs günəşli ölkənin insanları niyə D vitamini defisiti ilə üz-üzədir?
Mövzu ilə bağlı vətəndaşların tez-tez verdiyi sualları və qarşılaşdıqları problemləri Oxu24.com-a danışan həkim-terapevt Günel Qasımova faktları diqqətə çatdırıb, vətəndaşlara mühüm xəbərdarlıqlar edərək bu reallıqları açıqlayıb:
“Azərbaycan coğrafi mövqeyinə görə uyğun ərazi deyil"
Həkim-terapevt Günel Qasımova qeyd edir ki, cəmiyyətdə "analiz vermədən D vitamini içmək olmaz" və ya "günəşli saatlar bizə bəs edir" deyərək həkimləri qınayanlar böyük bir yanlışlığın içindədirlər:
“Xeyr, kifayət etmir. Əgər araşdırsanız görərsiniz ki, Azərbaycan coğrafi mövqe olaraq D vitamininin sintezi üçün uyğun bir ərazi deyil. Saatlarla günəşin altında qalsaq belə, bunu dəniz qırağında, bağ evlərində yaşayanlar da təsdiqləyə bilər ki, D vitamininin səviyyəsi aşağı olur”.
Mütəxəssis həmçinin, vətəndaşların sağlamlıqlarına qarşı nümayiş etdirdiyi etinasızlığı tənqid edərək bildirib ki, dövlət tibb müəssisələrində bu müayinəni tamamilə ödənişsiz əsaslarla həyata keçirmək mümkündür.
"Göstəricinin 10-50 aralığında olması qeyri-kafidir"
G.Qasımova laborator analizlərin nəticələrində əks olunan rəqəmlərin vətəndaşlarda yanlış arxayınlıq yaratmamalı olduğunu vurğulayaraq, orqanizmin tam bərpası üçün zəruri olan normanı açıqlayıb. Həkim qeyd edib ki, analiz nəticələrində D vitamininin səviyyəsinin 10, 20, 30, 40 və ya 50 vahid təşkil etməsi qeyri-kafidir və bu göstəricilər immun, eləcə də sümük-oynaq sisteminin normal fəaliyyətinə müsbət təsir göstərmək üçün yetərli deyil. O, sağlamlığın tam təmini üçün bədəndəki vitamin səviyyəsinin mütləq 70-80 vahidə qədər yüksəldilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda terapevt orqanizmdə lazımi balans formalaşdıqdan sonra D vitamininin qəbuluna yalnız avqust ayında fasilə verilməsinin mümkünlüyünü qeyd edib. Həkim güclü immunitet və sağlam bədən üçün bu elmi göstəricilərin ciddi şəkildə nəzərə alınmasını tövsiyə edib.
Çimnaz Telmanqızı
23:06 / 27 Sentyabr 2026
7
23:02 / 27 Sentyabr 2026
20
22:58 / 27 Sentyabr 2026
21
22:55 / 27 Sentyabr 2026
25
22:37 / 27 Sentyabr 2026
348
22:03 / 27 Sentyabr 2026
59
21:49 / 27 Sentyabr 2026
322
21:30 / 27 Sentyabr 2026
182
21:29 / 27 Sentyabr 2026
55
21:12 / 27 Sentyabr 2026
88
21:06 / 27 Sentyabr 2026
54
21:00 / 27 Sentyabr 2026
142
20:59 / 27 Sentyabr 2026
64
20:47 / 27 Sentyabr 2026
206
20:38 / 27 Sentyabr 2026
72
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
287
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
433
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
70
19:05 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.