Stomatoloqlardan XƏBƏRDARLIQ:Zirkon dişlər üçün sərt fırça istifadə etməyin
26 İyun 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
554
08.04.2026, 15:09
Gündəlik qidalanma rasionu hər bir insanın sağlamlığı üçün təməl daşıdır. Lakin bu rasion sabit qalmamalı, insanın yaşına, çəkisinə, fiziki aktivliyinə və ən əsası – mövsümə görə dəyişməlidir.
Oxu24.com xəbər verir ki, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövsümi qidalanmanın incəlikləri və orqanizmi qorumağın yolları barədə vacib məqamları açıqlayıb.
Fəsillərə görə düzgün seçim: Nəyi, nə zaman yeməli?
Ekspert bildirir ki, hər fəslin öz tələbi var və orqanizm mühitə uyğun enerji ilə təmin olunmalıdır:
* Yay ayları: İsti havalarda həzm sistemini yormayan yüngül qidalara, salatlara və qatıq əsaslı (doğramac kimi) təamlara üstünlük verilməlidir. Bu, həm bədəni sərinlədir, həm də susuzluğu aradan qaldırır.
* Payız hazırlığı: Bu dövr qışa vitamin ehtiyatı toplamaq mərhələsidir. İmmuniteti gücləndirmək üçün nar, heyva və sitrus meyvələri mütləq rasiona daxil edilməlidir.
* Qış ayları: Soyuqla mübarizə üçün karbohidrat dəyəri yüksək olan qidalar lazımdır. Lakin diqqətli olmaq lazımdır: un məmulatları və xəmir xörəkləri yalnız günün birinci yarısında və ya naharda, miqdarı aşmamaq şərti ilə yeyilməlidir.
* Yaz ayları: İmmunitetin zəiflədiyi bu dövrdə çərəzlər, mövsümi göyərtilər və temperatur dəyişikliyinə qarşı şorbalar əvəzedilməzdir.
Həftəlik menyu necə olmalıdır?
Məhsəti Hüseynova ət məhsullarının balanslı paylanmasını tövsiyə edir:
1. Qırmızı ət: Həftədə 2 dəfə.
2. Toyuq əti: Həftədə 2 dəfə.
3. Balıq əti: Həftədə 2 dəfə.
Həmçinin, hər qida qəbulunda düyü, qarabaşaq (qreçka), yulaf və lobya kimi paxlalıların istifadəsi bədənin enerji balansını qoruyur.
Salatlarda "Mayonez" təhlükəsi
Ekspert xüsusilə vurğulayır ki, çuğundur və yerkökü kimi tərəvəzlərdən hazırlanan salatlar mayonezlə deyil, soyuq sıxım zeytun yağı və bir az limon suyu ilə hazırlanmalıdır. Qoz əlavə edilən bu cür salatlar orqanizm üçün daha effektivdir.
Su qəbulu və meyvə seçimi
"Soyuq havalarda insanlar su içməyi unudurlar. Bu isə maddələr mübadiləsinin ləngiməsinə və immunitetin düşməsinə səbəb olur”,– deyə ekspert xəbərdarlıq edir.
Meyvə-tərəvəz alarkən yerli və təzə məhsullara üstünlük verilməli, qidalar gündəlik və təzə bişirilməlidir. Uzun müddət saxlanılan qidaların qida dəyəri itir.
Valideynlərin nəzərinə: Uşaqları nədən qorumalı?
Uşaq qidalanmasında ən böyük düşmən rəf ömrü uzun olan paketlənmiş qidalar, rəngli qazlı içkilər və "fast-fud"lardır. Şirniyyat və konfetlər uşaqların inkişafına mənfi təsir edir. Əgər uşağa şirniyyat veriləcəksə, bu, mütləq günün birinci yarısında və məhdud miqdarda olmalıdır.
Çimnaz Telmanqızı
23:41 / 27 İyun 2026
55
23:31 / 27 İyun 2026
62
23:00 / 27 İyun 2026
62
21:50 / 27 İyun 2026
71
21:48 / 27 İyun 2026
1756
21:34 / 27 İyun 2026
72
20:57 / 27 İyun 2026
109
20:39 / 27 İyun 2026
94
20:07 / 27 İyun 2026
98
19:49 / 27 İyun 2026
86
19:18 / 27 İyun 2026
116
18:52 / 27 İyun 2026
86
18:37 / 27 İyun 2026
134
18:21 / 27 İyun 2026
111
17:36 / 27 İyun 2026
120
17:32 / 27 İyun 2026
112
17:27 / 27 İyun 2026
111
17:17 / 27 İyun 2026
625
17:01 / 27 İyun 2026
2075
16:58 / 27 İyun 2026
112
16:57 / 27 İyun 2026
97
12:26 / 27 İyun 2026
872
10:28 / 27 İyun 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.