Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
719
07.04.2026, 16:15
Endokrinoloq Günay Əliyeva: “Xolesterin yüksəkdirsə, yanaşma fərqli olmalıdır”
“Xolesterin yüksək olduqda hər zaman dərman istifadəsinə ehtiyac olub-olmaması vəziyyətdən asılıdır. Burada əsas məsələ hansı fraksiyanın yüksəlməsidir. Xüsusilə aşağı sıxlıqlı lipoprotein – yəni LDL xolesterin ürək-damar xəstəliklərinin riskini artıran əsas göstəricilərdən biridir.”
Bu sözləri Oxu24.com-a endokrinoloq Günay Əliyeva bildirib.
Həkimin sözlərinə görə, bəzi hallarda həyat tərzi dəyişiklikləri kifayət edir, lakin risk yüksək olduqda dərman müalicəsi vacib ola bilər:
“Əgər həkim statin qrupundan dərman təyin edirsə, bu, xəstənin ürək-damar riskinin yüksək olması ilə bağlıdır və müalicəyə ciddi yanaşmaq lazımdır.”
Günay Əliyeva qeyd edib ki, xolesterinin tənzimlənməsində fiziki aktivlik mühüm rol oynayır:
“Artıq çəki və piylənmə xolesterinin yüksəlməsində əsas risk faktorlarından biridir. Buna görə də çəkinin normallaşdırılması, gündəlik gəzinti və fiziki aktivliyin artırılması çox vacibdir.”
O həmçinin qidalanmaya diqqət çəkib:
“Trans yağlar və doymuş yağlar azaldılmalı, liflə zəngin qidalar – yulaf, paxlalılar rasionda artırılmalıdır. Eyni zamanda omeqa-3 tərkibli məhsullar, məsələn balıq və kətan toxumu faydalıdır.”
Endokrinoloq sonda vurğulayıb ki, düzgün nəzarət olunan xolesterin ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.
Turan
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.