Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir
28 Mart 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
69
28.03.2026, 21:03
"Azərbaycanda vərəm xəstələrinin təxminən üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir”.
Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlamasında qeyd edib.
Maraqlıdır ki, bu göstəricinin səbəbləri nələrdir?
Vərəm daha çox ağciyərə təsir etdiyi üçün ağıla ilk olaraq siqaret istifadəçilərinin daha çox kişilər olması gəlir. Bəs tək səbəb budur? Problemin görünməyən tərəfləri nələrdir?
Oxu24.com xəbər verir ki, Bizim.Media mövzuyla bağlı pulmonoloq Əsəd Beydullayevin fikirlərini öyrənib.
O bildirib ki, vərəm xəstələrinin daha çox kişilər olmasının tam izahı olmasa da, buna bəzi amillər təsir edir:
"Vərəm xəstəliyi hava damcı yoluyla insandan insana keçən infeksion yoluxucu xəstəlikdir. Kişilər də çöldə daha çox vaxt keçirirlər, insanlarla sıx kontaktda olurlar. Buna görə də vərəmə yoluxan kişilərin sayı daha yüksəkdir”.
"Sulu qəlyanlar vərəmə səbəb ola bilər...”
Həkimin sözlərinə görə vərəm təkcə yoluxma ilə meydana çıxmır, eyni zamanda, insanın immunitetinin zəif olmasıyla da əlaqədardır:
"O bütün orqanları, ilk növbədə ağciyəri zədələyir. Siqaret isə xüsusilə ağciyər immunitetini ciddi zəiflədən amillərdən biridir. Həmçinin son dönəmlərdə istifadə olunan sulu qəlyanlar da vərəm yaradan səbəblərdən biridir. Onun ucluğu dəyişsə də, boru eyni qalır. Xəstəliyin o boru vasitəsilə keçmə ehtimalı var”.
Nəzərə alaq ki, tikinti, mədən, sənaye sahələrində işləyənlərin böyük bir qismi kişilərdir. Bəs bu, onların vərəmə yoluxmasına təsir edir?
Müsahibimiz bunu təsdiq edərək bildirib ki, tez-tez tozlu məkanlarda olmaq, kimyəvi qazlarla kontakt ağciyəri zəiflədir:
"Tikinti, mədən, ağır fiziki işdə işləmək, düzgün qidalanmamaq, siqaret aludəçiliyi vərəmə yoluxmaya səbəb ola bilər”.
Əsəd Beydullayev sonda vətəndaşlara xəbərdarlıq edərək onları diqqətli olmağa çağırıb:
"Yaxınlarınızda çəkisi azalan, davamlı öskürən, gecələr tərləyən, temperaturu yüksələn insanlar varsa, artıq vərəm şübhəsi meydana gəlir. Onlar təcili olaraq ağciyər həkiminə göstərilməli, diaqnoza uyğun müalicə almalıdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın sözlərinə görə, Azərbaycanda vərəmə yoluxan uşaqların sayı isə azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 278 uşaq vərəm xəstəsi olsa da, 2025-ci ildə bu rəqəm 198 olub.
Həmçinin oxuyun
23:51 / 28 Mart 2026
9
23:24 / 28 Mart 2026
126
23:13 / 28 Mart 2026
41
23:07 / 28 Mart 2026
378
22:56 / 28 Mart 2026
187
22:55 / 28 Mart 2026
48
22:45 / 28 Mart 2026
40
22:37 / 28 Mart 2026
193
22:33 / 28 Mart 2026
618
22:31 / 28 Mart 2026
134
22:03 / 28 Mart 2026
175
21:59 / 28 Mart 2026
63
21:58 / 28 Mart 2026
54
21:49 / 28 Mart 2026
120
21:49 / 28 Mart 2026
154
21:40 / 28 Mart 2026
131
21:36 / 28 Mart 2026
228
21:19 / 28 Mart 2026
78
21:08 / 28 Mart 2026
542
21:05 / 28 Mart 2026
274
20:50 / 28 Mart 2026
746
20:34 / 28 Mart 2026
1103
20:30 / 28 Mart 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.