Uzunmüddətli səs xırıltısı ciddi xəstəliklərin əlaməti ola bilər – Pulmonoloqdan xəbərdarlıq
06 May 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
772
27.03.2026, 13:42
Bu, çoxlarının düşündüyü kimi dəlilik əlaməti deyil. Əksinə, elm göstərir ki, öz-özünə danışmaq beynin normal və hətta faydalı funksiyalarından biridir.
Oxu24.com xəbər verir ki,psixologiyada buna self-talk, yəni daxili və ya xarici özünlə danışma deyilir.
Məşhur psixolog Lev Vygotski hesab edirdi ki, insanın uşaqlıq dövründə ucadan danışaraq düşünməsi normal inkişaf mərhələsidir. Uşaqlar əvvəlcə fikirlərini səslə ifadə edirlər. Sonra bu danışıq tədricən daxili nitqə, yəni beynin içində səssiz danışığa çevrilir.
Amma böyüklərdə də bu proses tam yox olmur. Elmi araşdırmalar göstərir ki, insan öz-özünə danışanda beynin planlama və qərar verməklə bağlı hissələri xüsusilə prefrontal korteks aktivləşir. Bu, diqqəti toplamağa, problemi analiz etməyə və qərar verməyə kömək edir. Məsələn, bir şeyi axtaranda, açar haradadır deyə ucadan demək, beynin diqqət sistemini aktivləşdirir və tapma ehtimalını artırır.
2012-ci ildə ABŞ-da aparılan bir təcrübədə iştirakçılar itmiş əşyaları tapmalıydılar. Öz-özünə həmin əşyanın adını deyənlər deməyənlərə nisbətən daha tez tapırdılar. Bu, onu göstərir ki, sözlər diqqəti konkret obyektə yönəldir. Öz-özünə danışma həm də emosiyaları tənzimləməyə kömək edir. Məsələn, insan stresli vəziyyətdə sakit ol, bacaracaqsan deyəndə beynin qorxu mərkəzi olan amigdalanın fəaliyyəti azalır, məntiqi düşünmə isə artır.
Həmçinin oxuyun
Bəzi hallarda isə insan tək qalanda beynin sosial mexanizmi aktiv qalır. Beyin ünsiyyətə proqramlaşdırılıb. Danışmaq insan üçün təbii ehtiyacdır. Ona görə də bəzən insan öz-özünə danışaraq sanki beynin ünsiyyət ehtiyacını ödəyir. Amma vacib bir məqam var. Əgər insan öz-özünə danışanda real olmayan səslər eşidirsə və ya bu səslər ona əmr verirsə, bu artıq psixi sağlamlıq problemi ola bilər və mütəxəssisə müraciət etmək lazımdır.
Normal öz-özünə danışmaq isə insanın düşünmə mexanizminin bir hissəsidir. Qısaca desək, öz-özünə danışmaq diqqəti artırır, problemi həll etməyə kömək edir, emosiyanı tənzimləyir, yaddaşı gücləndirir. Yəni, sən bəzən özünlə danışırsansa, qorxulu heç nə yoxdur. Əksinə, beynin işləyir deməkdir.
Hazırladı: Jalə
01:34 / 07 May 2026
46
00:58 / 07 May 2026
61
00:01 / 07 May 2026
75
23:48 / 06 May 2026
230
23:45 / 06 May 2026
71
23:41 / 06 May 2026
61
23:34 / 06 May 2026
55
23:30 / 06 May 2026
3114
23:29 / 06 May 2026
373
23:29 / 06 May 2026
91
23:27 / 06 May 2026
201
23:20 / 06 May 2026
113
23:16 / 06 May 2026
67
23:08 / 06 May 2026
71
23:02 / 06 May 2026
73
23:00 / 06 May 2026
187
23:00 / 06 May 2026
128
22:46 / 06 May 2026
298
22:45 / 06 May 2026
65
22:24 / 06 May 2026
181
22:23 / 06 May 2026
171
22:12 / 06 May 2026
76
21:59 / 06 May 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.