Qaynar xətt:

(+99450) 247 90 86

Yayda uşaqların immunitetini möhkəmləndirməyin yolu - Pediatrdan TÖVSİYƏ

2019-07/1562518595_usaq.jpg

TİBB

641

07.07.2019, 20:56

\"\" \"Yay fəsli gələn kimi ilk fürsətdə uşaqları kənd mühitinə aparın. Onlara kənd atmosferi həddindən artıq lazımdır\".
Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb. Həkim deyib ki, uşaqların immun sisteminin möhkəmlənməsində nəinki kənd havasının və qidalarının, hətta tozunun, torpağının da böyük rolu var: \"Kəndin havası, heyvanlarla münasibət körpələrdə immun sistemini yüksək şəkildə aktivləşdirir. Bu müddətdə güclənmiş immun sistem payız və qışın xəstəliklərinə qarşı qüvvə toplamış olur. Bunu elmi araşdırmalar da təsdiqləyir\".