Sağlam yaşlanmanın sirləri
29 İyul 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
821
01.02.2026, 11:07
Tez-tez soyuqdəyməniz olursa, saçlarınız tökülürsə, özünüzü daim yorğun hiss edirsizsə, sümüklüəriniz ağrıdan sızıldayırsa, bu, D vitamini çatışmazlığının səbəbi ola bilər. Bu gün sizə bədənimiz üçün çox vacib olan D VİTAMİNİ çatışmazlığından danışacam. Əgər sizdə və yaxınlarınızda bu əlamətlər varsa, videonu paylaşaraq, daha çox insanın sağalmasına dəstək ola bilərsiniz. Çünki güc birlikdədir.
D vitamini orqanizm üçün vacibdir. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini” deyilir. Orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz.
Birincisi, insanların çoxu düzgün qidalanmır. Məhz buna görə də, yetəri qədər D vitamini qəbul etmir. Bundan əlavə, müasir dövrdə insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər. Çölə çıxanda da, günəş şüalarından qorunmaq üçün əlçatan bütün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, özünüzü dəri xərçəngindən qorumaq haqqına maliksiniz. Amma günəş şüasının altında gəzmək mövzusunda həssas məqamlar var. Həddən artıq olmasa da, orqanizmin günəş işığına ehtiyacı var.
D vitamini çatışmazlığının əlamətləri nələrdir?
Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür. Lakin bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar sizdən diqqət və aradan qaldırılması üçün tədbirlər gözləyir.
10. Tez –tez xəstələnmək. D vitamini immunitetin möhkəmlənməsi üçün lazım olan əsas elementlərdəndir. D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir. Əgər özünüzü daim kefsiz hiss edirsinizsə, orqanizminizdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür. Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı ilə bronxit, sətəlcəm, soyuqdəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə mövcuddur. Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi, gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
9. Daim yorğunluq hissi. Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir. Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi. Qan analizi verdi. Məlum oldu ki, orqanizmindəki D vitamini səviyyəsi 1 ml-də 5,9 nanogramdır (NG/ML). Bu, D vitamini qıtlığı demək idi. Çünki normal bir insan orqanizmində D vitamininin səviyyəsi 20 nanogram`dan az olmamalıdır. Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o, yenidən qan analizi verdi. Bu dəfə orqanizmindəki D vitamini səviyyəsi 39 nanogram`a yüksəlmişdi. Yoğrunluğu və baş ağrıları isə artıq keçmişdə qalmışdı.
8. Xroniki bel ağrıları və sümüklərdə göynəmə. D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır. Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur. Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər, bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər. Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9 min qadının iştirakı ilə bir tədqiqat aparılıb. Araşdırmaçılar aşkarlayıb ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır. Başqa bir araşdırmada isə məlum olub ki, orqanizmində D vitamini qıtlığı yaşananlar digər insanlardan iki dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox baş qaldırır.
7. Sümük sıxlığının azalması. Lazımi qədər D vitamini qəbul etməmək, sümük sıxlığının azalmasına da səbəb ola bilir. Unutmayın, “günəş işığı vitamini” sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır. Kalsium sümükləri möhkəmləndirir. Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər. “Journal of Mid-life Health” dərgisində dərc olunan məqalə bir araşdırmanın nəticələrindən bəhs edir. Sözügedən araşdırmaya 1100 qadın qatılıb. Onlar klimaks keçirən və ya klimakssonrası dönəmi yaşayan qadınlar olub. Mütəxəssislər bu qadınların orqanizmindəki D vitamini çatışmazlığı ilə sümük sıxlığının azalması arasında bağlantı olduğunu aşkarlayıblar.
6. Dəri problemləri. D vitamini qıtlığı immunitetin zəifləmə səbəblərindəndir. Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddən artıq yağ ifraz etməsidir. Bu, dəri məsamələrinin tıxanmasına və sızanaqlara yol aça bilir. D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi isə pullu dəmrovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra, vəziyyətləri günbəgün yaxşılaşır.
01:13 / 30 İyul 2026
1
00:37 / 30 İyul 2026
141
00:26 / 30 İyul 2026
50
00:01 / 30 İyul 2026
52
23:49 / 29 İyul 2026
52
23:22 / 29 İyul 2026
65
22:51 / 29 İyul 2026
126
22:34 / 29 İyul 2026
66
22:11 / 29 İyul 2026
73
21:57 / 29 İyul 2026
95
21:12 / 29 İyul 2026
99
20:22 / 29 İyul 2026
78
20:09 / 29 İyul 2026
90
19:41 / 29 İyul 2026
83
19:33 / 29 İyul 2026
92
19:05 / 29 İyul 2026
83
18:57 / 29 İyul 2026
89
18:19 / 29 İyul 2026
87
18:09 / 29 İyul 2026
106
18:05 / 29 İyul 2026
125
17:59 / 29 İyul 2026
97
17:40 / 29 İyul 2026
96
17:20 / 29 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.