ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir
19 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
747
23.01.2026, 17:59
Son illər Azərbaycanda onkoloji xəstəliklərin yayılma sürəti ciddi narahatlıq doğurur. Rəsmi statistik göstəricilər göstərir ki, təkcə son 10 il ərzində ilk dəfə xərçəng diaqnozu qoyulan insanların sayı 3 dəfədən çox artıb.
Bu artım təkcə rəqəmlərlə məhdudlaşmır, eyni zamanda xəstəliyin yaş həddinin aşağı düşməsi və daha geniş əhali qruplarını əhatə etməsi ilə də diqqət çəkir.
Məlumatlara görə, ilk dəfə onkoloji diaqnoz qoyulanların sayı illər üzrə belə dəyişib: 2005-ci ildə 23 088 nəfər, 2010-cu ildə 28 052 nəfər, 2015-ci ildə 40 653 nəfər, 2017-ci ildə 45 756 nəfər, 2018-ci ildə 48 685 nəfər, 2019-cu ildə 52 718 nəfər, 2020-ci ildə 54 403 nəfər, 2023-cü ildə 69 435 nəfər, 2024-cü ildə isə 73 875 nəfər.
Bəs bu kəskin artımın əsas səbəbləri nələrdir? Hansı insanlar risk qrupuna daxildir və xəstəliyin qarşısını almaq mümkündürmü?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklərin artımı təkcə Azərbaycana xas deyil və bu, bütün dünyada müşahidə olunan qlobal tendensiyadır.
Onun sözlərinə görə, aparılan son araşdırmalar xərçəngin yaranmasında bir neçə əsas faktorun xüsusi rol oynadığını göstərir:
“Amerika və Avropa alimlərinin apardığı araşdırmalara əsasən, onkoloji xəstəliklərin yaranmasının 40-50 faizi birbaşa qidalanma ilə bağlıdır. İkinci əsas səbəb alkoqol və tütün məmulatlarından sui-istifadədir. Həmçinin, hərəkətsiz həyat tərzi və piylənmə həm xəstəliyin sürətlə yayılmasına, həm də cavanlaşmasına səbəb olur. Pis vərdişlərdən imtina edildikdə xərçəngə tutulma riski əhəmiyyətli dərəcədə azalır”.
Həkim-onkoloq qeyd edib ki, qadınlar arasında ən çox süd vəzi xərçəngi, kişilər arasında isə prostat vəzi, ağciyər, mədə və qida borusu xərçəngi geniş yayılıb. Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi, havanın keyfiyyətinin pisləşməsi və son dövrlərdə aparılan müharibələr nəticəsində yaranan ekoloji problemlər də onkoloji xəstəliklərin artmasına təsir göstərən amillər sırasındadır.
"Digər mühüm faktorlar arasında travmalar, uzunmüddətli stress və genetik irsi meyillilik xüsusi yer tutur. Xüsusilə süd vəzi xərçəngində genetik faktor açıq şəkildə özünü göstərir. Əgər qadının anasında və ya nənəsində bu xəstəlik olubsa, onun da xərçəngə tutulma riski 60-70 faiz təşkil edir. Bu səbəbdən irsi risk faktoru olan şəxslər mütəmadi müayinələrdən keçməli və profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir”, - F.Museyibov vurğulayıb.
00:59 / 20 May 2026
110
00:41 / 20 May 2026
111
00:00 / 20 May 2026
93
23:34 / 19 May 2026
138
23:21 / 19 May 2026
132
23:12 / 19 May 2026
117
22:56 / 19 May 2026
187
22:46 / 19 May 2026
189
22:44 / 19 May 2026
311
22:26 / 19 May 2026
117
22:13 / 19 May 2026
117
21:58 / 19 May 2026
605
21:49 / 19 May 2026
114
21:35 / 19 May 2026
135
21:20 / 19 May 2026
103
21:09 / 19 May 2026
164
20:47 / 19 May 2026
117
20:47 / 19 May 2026
97
20:42 / 19 May 2026
101
20:38 / 19 May 2026
95
20:34 / 19 May 2026
97
20:31 / 19 May 2026
86
20:27 / 19 May 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.