“Liv Bona Dea”da ilk sümük iliyi transplantasiyası həyata keçirildi - Fotolar
27 Fevral 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
774
22.01.2026, 20:55
Tez-tez xəstələrdən xolesterin dərmanlarının qaraciyərə zərərli olduğu və ümumiyyətlə bədən üçün təhlükəli olduğu barədə yanlış məlumatlar eşidilir. Mütəxəssislər isə bildirirlər ki, bu fikirlər tamamilə yanlışdır və xolesterin dərmanlarının düzgün istifadəsi ürək-damar sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir.
Həkim Günay Rəhimova Oxu24.com-a verdiyi açıqlamada xolesterin dərmanlarının əhəmiyyətindən danışıb.
“Xolesterin dərmanlarının qaraciyərə və bədənə zərəri olduğu barədə məlumatlar tamamilə yanlışdır. Əksinə, xolesterin dərmanı qəbul edən insanlar infarkt riskinə ən az məruz qalan şəxslərdir. Düzgün istifadə edilən xolesterin dərmanı qaraciyəri zədələmir və piylənməyə səbəb olmur,” – deyə Günay Rəhimova bildirib.
Həkim xolesterin dərmanlarının hansı hallarda içilməli olduğunu da izah edib:
Sadə dildə desək, xolesterinin hər hansı növü, xüsusilə “pis xolesterin” və ya triqliseridlər yüksək olan insanlarda dərman qəbul edilməsi zəruridir. Məqsəd, bu göstəriciləri müəyyən normanın altına salmaqdır. Beynəlxalq normativlərə görə, infarkt keçirməyən, ürəyində stent olmayan və aorta-koronar şuntlama əməliyyatı keçirməmiş, amma xolesterini yüksək olan insanlar üçün müəyyən limitlər müəyyən edilib. Ürəyində stent olan, infarkt keçirmiş və ya əməliyyat olmuş şəxslər üçün isə normativlər fərqlidir. Bu rəqəmlərə riayət etdikdə infarkt və insult riskimiz ciddi şəkildə azalır,” – deyə həkim vurğulayıb.
Həmçinin oxuyun
Günay Rəhimova xolesterin dərmanının qəbul müddəti ilə bağlı da aydınlıq gətirib:
"Xolesterin dərmanı ömür boyu qəbul edilməlidir. Düşünün ki, dərmanı içdiniz və xolesterininiz normaya düşdü; bu, sağaldım demək deyil. Həmişə qəbul edilməlidir. Necə ki, şəkər xəstələri şəkər dərmanını, təzyiq xəstələri isə təzyiq dərmanını davamlı istifadə edir, xolesterin dərmanı da eyni qaydada ömürlük qəbul edilməlidir”,-deyə həkim bildirib.
Hazırladı: Nigarxanım
13:03 / 05 Mart 2026
21
12:56 / 05 Mart 2026
74
12:46 / 05 Mart 2026
667
12:43 / 05 Mart 2026
95
12:42 / 05 Mart 2026
66
12:36 / 05 Mart 2026
1436
12:32 / 05 Mart 2026
445
12:16 / 05 Mart 2026
1336
12:08 / 05 Mart 2026
63
11:53 / 05 Mart 2026
50
11:49 / 05 Mart 2026
362
11:37 / 05 Mart 2026
69
11:23 / 05 Mart 2026
634
11:17 / 05 Mart 2026
410
11:06 / 05 Mart 2026
76
11:01 / 05 Mart 2026
84
10:54 / 05 Mart 2026
192
10:40 / 05 Mart 2026
539
10:30 / 05 Mart 2026
442
10:27 / 05 Mart 2026
240
10:24 / 05 Mart 2026
123
10:18 / 05 Mart 2026
170
10:16 / 05 Mart 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.