Böyrək büzüşməsi niyə baş verir? Uroloq AÇIQLADI
31 İyul 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
645
19.01.2026, 23:47
Bəzi valideynlər övladlarının gecə yuxu zamanı qəfil ayağa qalxaraq gəzməsindən, hətta bəzən qapını açıb evdən çölə çıxmasından narahat olduqlarını bildirirlər.
Nevroloq Röyanə Quluzadənin Oxu24.com-a verdiyi məlumata görə, bu hal tibbdə gecə yuxuda gəzmə kimi tanınır və elmi adı somnambulizmdir.
Somnambulizm daha çox uşaqlıq və yeniyetmə dövründə müşahidə olunur. Bu vəziyyət əsasən yuxunun non-REM, yəni dərin və yavaş fazasında baş verən yuxu pozuntularına aid edilir. Belə hallarda insanın gözləri açıq olsa da, şüuru tam aydın olmur və o, əslində yuxulu vəziyyətdə qalır.
Mütəxəssislər bildirirlər ki, somnambulizmin bir neçə əsas səbəbi mövcuddur. Ən önəmli amillərdən biri irsi meyillikdir. Ailə üzvlərində gecə yuxuda gəzmə halları müşahidə olunubsa, bu risk uşaqlarda da arta bilər. Digər mühüm səbəblərdən biri isə yuxu apnoesidir. Burun və boğaz badamcıqlarının böyüməsi, allergik və ya iltihabi səbəblər nəticəsində gecə boğulma və güclü xoruldama yaşayan şəxslərdə dərin yuxu fazasında ayağa qalxma, gəzmə və müxtəlif hərəkətlər etmə halları qeydə alınır.
Bundan başqa, stress, emosional gərginlik, narahatlıq, əsəbilik və depressiya da somnambulizmin yaranmasına və ya şiddətlənməsinə təsir edən amillər sırasındadır. Xüsusilə irsi meyilliyi olan və nevrotik pozuntular yaşayan insanlarda gecə yuxuda gəzmə halları daha tez-tez rast gəlinir.
Qeyd olunur ki, əgər yuxuda gəzmə halları stress, psixoloji gərginlik və ya yuxu apnoesi ilə müşayiət olunursa, bu problemlərin müalicəsi somnambulizmin azalmasına və bəzi hallarda tam aradan qalxmasına səbəb ola bilər. Mütəxəssislər valideynlərə bu cür hallar müşahidə edildikdə uşağı mütləq müvafiq tibbi müayinədən keçirməyi tövsiyə edirlər.
Hazırladı: Şahbaz
23:36 / 31 İyul 2026
2
23:10 / 31 İyul 2026
48
22:45 / 31 İyul 2026
61
22:32 / 31 İyul 2026
62
22:23 / 31 İyul 2026
63
22:11 / 31 İyul 2026
79
21:50 / 31 İyul 2026
66
21:31 / 31 İyul 2026
66
21:13 / 31 İyul 2026
70
20:56 / 31 İyul 2026
66
20:35 / 31 İyul 2026
91
18:26 / 31 İyul 2026
103
18:07 / 31 İyul 2026
217
17:33 / 31 İyul 2026
123
17:10 / 31 İyul 2026
114
17:07 / 31 İyul 2026
122
16:59 / 31 İyul 2026
135
16:46 / 31 İyul 2026
158
16:36 / 31 İyul 2026
113
16:35 / 31 İyul 2026
125
16:15 / 31 İyul 2026
129
16:01 / 31 İyul 2026
100
15:59 / 31 İyul 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.