Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
526
25.05.2025, 10:00
Miqren şokolada və qazlı içkilərə qarşı istəyi artıra bilər.
Bu barədə "The Conversation"a Durham Universitetinin Nevrologiya kafedrasının professoru Amanda Ellison bildirib.
Onun sözlərinə görə, miqren ağrıları zamanı kofeinli qazlı içkilərə həvəs artır, hücum başlamazdan əvvəl isə şokolad istəyi gəlir.
Mütəxəssisin fikrincə, hətta ağrı baş verməzdən əvvəl - miqrenin prodromal fazasında - bir çox insan emosional dəstək almaq və ya xüsusi bir şey istehlak etmək arzusuna qapılır. Bəzi insanlar soyuq su içməyə üstünlük verir, bəziləri isə şokolad və "fast-food"a əl atır.
Alimin sözlərinə görə, bütün bu hərəkətlər beynin miqrenin pozduğu kimyəvi tarazlığı bərpa etmək üçün şüursuz cəhdlərini əks etdirir:
"Belə pozğunluqların əsas əlamətlərindən biri serotonin səviyyəsinin azalmasıdır. Şokolad kimi qidalar onu artıra bilər, baxmayaraq ki, şirniyyatlar bəzən miqren tətikləyicisi hesab olunur".
Həmçinin oxuyun
Professor qeyd edib ki, miqrenin sonrakı mərhələlərində, xüsusən də ağrılı mərhələsində bədəndə damar dəyişiklikləri baş verir. Bu da qəhvə və ya qazlı içkilər içmək istəyini artırır.
"Kola kimi içkilərdə olan kofein ağrı reseptorlarına təzyiqi azaldan vazokonstriktor kimi fəaliyyət göstərir. Bu, kəskin elektrik fəaliyyəti miqren zamanı ağrıya səbəb olan trigeminal sinirin işini normallaşdırmağa kömək edir", - deyə nevroloq əlavə edib.
Doktor onu da vurğulayıb ki, şəkər və duzun orqanizmdə qlükoza və elektrolit balanssızlığını bərpa etməyə kömək edə bilər.
Bununla belə, doktor bir çox insanın miqren tutması zamanı yeməkdən imtina etdiyini və dərmana, məsələn, serotonin və histamin səviyyələrini tənzimləyən triptanlara müraciət etdiyini bildirib.
"Miqren zamanı dad üstünlüklərindəki dəyişikliklər özünü "qorumağa" çalışan beynin işini əks etdirir. Bu cür reaksiyaların başa düşülməsinə əsaslanan fərdi yanaşma miqren ağrılarının öhdəsindən gəlməyə daha effektiv kömək edir", - professor vurğulayıb. (Publika.az)
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.