Bağırsaq mikroblarına və ishala qarşı TƏBİİ ÇARƏ: Nar qabığı dəmləməsi hansı dərdlərin dərmanıdır?
19 Avqust 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
622
24.05.2025, 14:45
Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübə zamanı sperma keyfiyyətinin azaldığı, hormonal balansın pozulduğu və xayalarda toxuma zədələnməsi müşahidə olunub.
Alimlər qeyd edir ki, istifadə olunan doza real həyatda insanın qəbul edəcəyindən çox olub. Amma bu, məsələni kiçiltmək üçün bəhanə deyil. Süni maddələrin təhlükəsizliyi illərdir müzakirə mövzusudur və bu tip işlər bir daha sübut edir ki, "kalorisiz şirinlik" heç də riskdən azad deyil.
Digər tərəfdən, kişilərdə sonsuzluq artıq qlobal problemə çevrilib. ABŞ-də cütlüklərin 15%-ə qədəri övlad sahibi ola bilmir və bu halların yarısında səbəb kişi faktoru olur. Üstəlik, 1970-ci illərdən bu yana sperma sayının 50%-dən çox azaldığı deyilir. Səbəblər çoxdur: stres, qidalanma, elektromaqnit şüalanma, siqaret, alkoqol və indi də bu tip süni əlavələr.
Yəni, indi "pəhriz saxlayıram, şəkərdən uzağam" deyə sevindiyiniz Splenda, bəlkə də, sizdən gələcək ata olma şansınızı da alır.
Məsələ təkcə şirinləşdirici ilə bağlı deyil. Bu, bizi əhatə edən süni qida əlavələrinin, pəhriz adıyla qəbul etdiyimiz maddələrin orqanizmə təsiri ilə bağlı daha böyük sual doğurur. Əgər bu tədqiqatın nəticələri təsdiqlənsə, sucralose təkcə qidalanma deyil, kişi sağlamlığı üçün də ciddi risk sayılacaq. Ona görə də məsələni "siçanlarda olub" deyib keçmək yox, ehtiyatı əldən verməmək lazımdır. Çünki belə görünür, bəzi şirinlər uzunmüddətli acı nəticələr verə bilər.
19:27 / 19 Avqust 2026
16
17:59 / 19 Avqust 2026
69
17:50 / 19 Avqust 2026
71
17:32 / 19 Avqust 2026
81
17:12 / 19 Avqust 2026
85
16:49 / 19 Avqust 2026
80
16:38 / 19 Avqust 2026
69
16:19 / 19 Avqust 2026
86
15:59 / 19 Avqust 2026
82
15:56 / 19 Avqust 2026
63
15:54 / 19 Avqust 2026
107
15:45 / 19 Avqust 2026
82
15:36 / 19 Avqust 2026
101
15:30 / 19 Avqust 2026
82
15:11 / 19 Avqust 2026
95
15:10 / 19 Avqust 2026
80
14:50 / 19 Avqust 2026
79
14:49 / 19 Avqust 2026
89
14:44 / 19 Avqust 2026
109
14:30 / 19 Avqust 2026
100
14:24 / 19 Avqust 2026
80
14:18 / 19 Avqust 2026
273
14:15 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.