Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
18 May 2025, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86Allergiyadan əziyyət çəkənlər bu yolla özlərini qoruya bilərlər — Tanınmış allerqoloqla MÜSAHİBƏ
TİBB
4898
25.03.2025, 21:20
"Çox vaxt deyirlər ki, allergik xəstələrin immunitetləri aşağı olur. Bu yalnış fikirdir"- Həkim -allerqoloqdan açıqlama
Baharın gəlməsi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də yaranmasına şərait yaradır. Bu fəsildə insanların daha çox şikayət etdiyi xəstəliklərdən biri də yaz ayında baş qaldıran allergiyalardır. Statistika göstərir ki, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri "Allergiya əsri" adlandırıblar
Bundan necə qorunmaq olar?
Cəmiyyətdə belə bir fikir var ki, allergiyanın müalicəsi yoxdur. Bu doğrudanmı belədir?
Bəs ən çox hansı qidalar allergiya yaradır?
Körpələrin süni qidalar ilə bəslənməsi allergiya yarada bilərmi?
Mövzu ilə bağlı Oxu24.com- un suallarını həkim-allerqoloq Şahvələd Məmmədov cavablandırıb.
Həmçinin oxuyun
Allerqoloq bildirib ki, allergiya orqanizmin yad cisimlərə qarşı hiper reaksiyasıdır:
"Yaz allergiyasının başlanmasının əsas səbəbi isə çiçək tozlarıdır. Havada kəskin olaraq çiçək tozları artır və bunun nəticəsində insanlarda allergik reaksiyalar olur. Tozcuqlardan qorunmaq çox çətindir. Yaz vaxtı havaya fikir versəniz, görərsiniz ki, sanki qar yağır. Belə olanda biz allergiyaya həssas adamlara məsləhət görürük ki, çölə çıxmasınlar, əgər çıxmağa məcbur qalarlarsa, bu zaman gözlərinə eynək taxıb, maska geyinsinlər.
Məlumat üçün bildirim ki, mövsümü allergiya zamanı bədəndə səpki, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma, boğazda şişkinlik və nəfəs darlığı yaranır.
Bu hallar müşahidə olunduğu zaman həkimə vaxtında müraciət etmək lazımdır ki, bu dövrü yüngül keçirə bilsinlər. Allergiyanın yaratdığı problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır".
Biləsiniz ki, mövsümü allergik xəstəliklərin 95%i irsi genetikdir:
"Təbii ki, uşaqların süni qidalar ilə bəslənməsi də allergiya yarada bilər. Valideynlərindən birində və yaxud da, hər ikisində allergiya, astma və ya digər allergik xəstəliklər müşahidə olunan uşaqlarda süni qidalar problem törədə bilər. O ki qaldı, cəmiyyətdə formalaşan fikir ki, allergiyanın müalicəsi yoxdur. Nəzərinizə çatdırım ki, bu belə deyil. Məktəb yaşına qədər uşaqlarda, sonra isə cinsi yetişkənlik dövrü və ondan sonrakı dövrdə bir sıra allergik xəstəliklərin müalicəsinə nail olub, bunun qarşısını almaq mümkün olur.
Ola bilər ki, 14-15 yaşından sonra da allergiya davam etsin. Bu isə qidaya bağlı allergiya olur. Həmin uşaqların qida rasionundan müəyyən qidaları, məsələn sitrus meyvələrini, şirniyyat və şokoladları menyudan çıxararaq və yaz -payız aylarında həmin uşaqlara dərmanlar təyin edərək, uzunmüddətli və yaxud da birdəfəlik nəticə əldə etmək olar".
Çox vaxt deyirlər ki, allergik xəstəliklərin immunitetləri aşağı olur. Nəzərinizə çatdırım ki, bu yalnış yanaşmadır:
"Belə xəstələrdə imun cavab reaksiyası çox yüksək olduğundan, onlar həssas olurlar və xarici allergenlərə qarşı reaksiya verirlər.
Bəzən elə olur ki, insanlar allergiya zamanı bunu qrip ilə səhv salırlar.
Bu allergiyaların əsas simptomları adi allergiya simptomlarıdır. Ancaq onlar bilməlidirlər ki, yaz allergiyasında heç zaman qrip xəstəliyindən və kəskin respirator infeksion xəstəliklərdən fərqli olaraq temperatura olmur. İnsanlar bu simptomların fərqli olduğunu bilməlidirlər ki, müalicəni də ona uyğun aparsınlar.
Allergiyadan çox əziyyət çəkən insanlar saat 11-12-yə qədər mümkün qədər çöldə olmamalıdır. Çünki, səhərlər çiçək tozları həddindən artıq çox olur və bu onların səhhətinə mənfi təsir göstərir. Mövsümlə əlaqədər allergiya nəticəsində gözdə qaşınma, qızarıqlıq və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur. Bu zaman isə, gözlərin davamlı olaraq əllər ilə ovuşdurulması yol verilməzdir. Belə məqamlarda yuxu rejiminə və otaqların lazımi qədər havalandırılmasına da diqqət yetirməliyik".
Bu mövsüm ilə bağlı dəyişikliklərin uşaqlara da təsirsiz ötüşmədiyini deyən allerqoloq M. Şahvələd bildirir ki, bu mövsüm uşaqlar üçün "xəstəlik mövsümü" sayılır. Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır. Uşaqlarda allergiya müşahidə olunan zaman onları ev tozundan, yumşaq oyuncaqlardan, xalça -palazdan biraz aralı tutmaq lazımdır.
Yaxşı olar ki, allergiyadan əziyyət çəkən insanlar gigyenik qaydalara xüsusi ilə əməl etsinlər. Qıcıqlanma yaradacaq sabunlardan uzaq dursunlar.
Qidalanmalarına diqqət yetirsinlər. Bir çox hallarda qidalardan allergiya yaranır. Buna insanlar özləri də diqqət etməlidirlər, hansı qidaların qəbulundan sonra allergiya çoxalırsa, o qidanı rasiondan çıxarmaq lazımdır. Əsas da paket qidalardan qaçınmaq lazımdır. Müəyyən qidalar var ki, onlar xüsusilə allergiya verir. Onlara misal olaraq, bəzi sitrus meyvələrini və çərəzləri qeyd edə bilərəm".
Müsahibəni apardı: PƏRVİN ŞAKİRQIZI
11:16 / 18 May 2025
Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
1
11:05 / 18 May 2025
Vanqanın bu il üçün DƏHŞƏTLİ proqnozu reallaşır - 30 mayla bağlı ŞOK XƏBƏRDARLIQ
11
10:44 / 18 May 2025
“5 min manat maaşla necə pul yığıb maşın alım?” - Deputat gileyləndi
113
10:40 / 18 May 2025
Türkiyədə zəlzələ oldu
15
10:31 / 18 May 2025
Azərbaycan 12 xalı bu ölkəyə verdi - Video
174
10:15 / 18 May 2025
Soyuducuya 1 parça qoyun: işıqpulunu yarıbayarı AZALDIR
27
09:45 / 18 May 2025
Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
47
09:00 / 18 May 2025
Soğan doğrayarkən ağlamamaq mümkündür
24
08:40 / 18 May 2025
Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitetiniz güclənəcək
42
08:05 / 18 May 2025
Gəncədə daha bir hadisə: 40 yaşlı kişini...
67
01:00 / 18 May 2025
Pul və karyera: Maliyyə uğuruna doğru gedən 4 BÜRC
91
00:52 / 18 May 2025
Xolesterolu və təzyiqi aşağı salan ən yaxşı meyvə bu imiş
145
00:25 / 18 May 2025
Elgünün ailəsindən açıqlama:Anasına deyib ki...
3945
23:36 / 17 May 2025
Xırdalanda dəhşət: Küçədə oğlanın boğazını kəsdilər
1725
21:42 / 17 May 2025
Myanmada güclü zəlzələ oldu
108
21:38 / 17 May 2025
Qaz və işıqpulunu az ödəmək üçün belə edirlər
223
21:16 / 17 May 2025
Lənkəranda qəza - Xəsarət alanlar var
119
21:12 / 17 May 2025
Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat
140
21:10 / 17 May 2025
SON DƏQİQƏ! Gəncədə daha bir hadisə — Tutulan var
2921
21:07 / 17 May 2025
Türkiyədə 65 yaşlı kişi torpağa görə bacısı və onun ailəsini öldürdü
203
19:38 / 17 May 2025
Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb? - Açıqlama
118
16:10 / 17 May 2025
Küləklə bağlı xəbərdarlıq
594
12:46 / 17 May 2025
Baş Prokurorluq və DİN Elgünlə bağlı açıqlama yaydı
1524
12:17 / 17 May 2025
Hava ilə bağlı vacib açıqlama
1040
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.