Ucarda xəstə norkozdan sonra komaya düşüb
15 Aprel 2025, 20:17
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
1076
04.02.2025, 14:07
Xəbər verdiyimiz kimi, artıq bir müddətdir ağrıkəsici kimi istifadə olunan “Nimesil”in insan orqanizminə zərərləri müzakirə olunur. İddia olunur ki, bu dərman qaraciyərdə ağır fəsadlara səbəb olur, zədələnmələr yaradır.
Oxu24.com un məlumatına görə, artıq sözügedən dərman vasitəsi təhlükəsizliklə bağlı narahatlıqlar doğurduğu üçün ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya kimi ölkələrdə istifadəyə yararsız hesab olunur.
Azərbaycanda da geniş istifadə olunan bu ağrıkəsici vasitə qadağan oluna bilərmi? Hansı hallarda dərmanın satışına icazə verilmir?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, istənilən dərman vasitəsi ölkəmizə idxal edilərkən, idxalına icazə verilmədən əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dövlət qeydiyyat məlumatları ilə uyğunluğu laboratoriya yoxlamasından keçir və dərman vasitəsinin idxalı zamanı tələb olunan sənədlərin uyğunluğu da təsdiq olunduğu təqdirdə idxal icazəsi verilir:
“Dərman vasitəsinin dövlət qeydiyyatının ləğv edilməsi və dolayısı ilə dövriyyədən çıxarılması ilə əlaqədar, hər bir dərman vasitəsinin müvafiq risklərinə tərəfimizdən nəzarət edilir və təhlükəsizliyi ilə bağlı məlumatların monitorinqi aparılır. Dərman vasitəsinin riskləri ilə bağlı məlumatlara nəinki ölkəmiz daxilində, eyni zamanda dövlət qeydiyyatında mövcud olduğu digər ölkələrdən (digər ölkələrin Tənzimləyici Qurumlarının rəsmi internet səhifələrindən) əldə olunan məlumatlara istinadən emal olunur. Ümumilikdə hər bir dərman vasitəsinin (Nimesil də daxil olmaqla) riskləri (hepatotoksiklik riski və s.) onun faydalarından üstün olduğu zaman dərman vasitəsinin ölkədə qeydiyyatı ləğv edilə, istifadəsi məhdudlaşdırıla və ya dövriyyəsinə qadağa qoyula bilər”.
Qurumdan, həmçinin bildirilib ki, dərman vasitəsinin dövlət qeydiyyatı aşağıdakı hallarda ləğv edilə bilər (müvafiq olaraq istifadəsinə qadağan edilə bilər):
Həmçinin oxuyun
- ölkə daxilində və ya xaricində yaranan dərman vasitəsinin təhlükəsizliyi ilə bağlı yeni məlumatlar əldə edildiyi zaman;
- dərman vasitəsinin risklərinin faydalarından yüksək olduğu qərarına gəlindiyi zaman;
- dərman vasitəsinin istifadəsi zamanı yaranan ciddi əlavə təsirlərinin sayında artım müşahidə olunduğu hallarda (dərman vasitəsinin istifadəsi zamanı ölüm hadisəsinə səbəb olan, insan həyatı üçün təhlükə yaradan, müalicə-profilaktika müəssisəsinə yerləşdirməyə və ya müalicə-profilaktika müəssisəsində qalma müddətinin uzanmasına, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya əlilliyə, o cümlədən, sağlamlıq imkanları məhdudluğuna, yaxud anadangəlmə anomaliyaya və ya inkişaf qüsuruna səbəb olan hər hansı mənfi reaksiyalar).
- dövlət qeydiyyatına alınmış dərman vasitəsinin riskləri ilə əlaqədar dövlət qeydiyyatından sonrakı təhlükəsizlik tədqiqatının aparılması və nəticədə dərman vasitəsinin təhlükəli olduğu sübut olunması;
- dövlət qeydiyyatına alınmış dərman vasitəsinin dərman vasitəsinin effektivliyinin sübut olunması üçün dövlət qeydiyyatından sonrakı effektivlik tədqiqatının aparılması və nəticədə effektivliyin sübut olunmaması.
Qeyd edək ki, daha əvvəl AEM bu qrup dərman vasitələrinin həkim resepti əsasında buraxıldığını və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməli olduğunu açıqlamışdı. Bildirilirdi ki, bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkimi tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Eyni zamanda açıqlanmışdı ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risklər nəzarətdədir və izlənilməyə davam edilir.
22:13 / 16 Aprel 2025
ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
1
21:42 / 16 Aprel 2025
Xalidə Musayeva vəfat etdi - FOTO
32
21:34 / 16 Aprel 2025
Azərbaycanda çaydan tapılan kisə hər kəsi şok etdi — VİDEO
879
21:16 / 16 Aprel 2025
Seldə ölən sahə rəisinin FOTOSU
214
21:05 / 16 Aprel 2025
Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
40
20:30 / 16 Aprel 2025
Sel evi bir andaca yox etdi — VİDEO
582
20:23 / 16 Aprel 2025
BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
32
20:21 / 16 Aprel 2025
Şimali Koreya Ukraynadakı müharibədən 20 milyard dollardan çox gəlir əldə edib
43
20:17 / 16 Aprel 2025
Putin Maska təriflər yağdırıb
31
20:12 / 16 Aprel 2025
Gənc böyrəyini 200 min dollara satdı
44
19:53 / 16 Aprel 2025
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
48
19:45 / 16 Aprel 2025
Çinin ABŞ-la danışıqlar üçün şərtləri məlum olub
42
19:18 / 16 Aprel 2025
Putin universitetə getdi
38
19:07 / 16 Aprel 2025
Azərbaycandan Çinə getmək asanlaşır — RƏSMİ
387
19:04 / 16 Aprel 2025
Aİ ölkəsi Fələstini tanıdığını elan edib
53
18:58 / 16 Aprel 2025
Şahzadə Uilyam Harrinin Ukraynaya səfərindən danışır
41
18:53 / 16 Aprel 2025
“Viləş Palace Hotel” Hacı Mazandan alınıb?
45
18:42 / 16 Aprel 2025
Qohumunun evində öldü
51
18:22 / 16 Aprel 2025
Prezident başsağlığı verdi
1114
18:17 / 16 Aprel 2025
Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayır
47
18:10 / 16 Aprel 2025
Ömürlük həbs edildi
75
17:56 / 16 Aprel 2025
İtaliya prezidenti əməliyyat keçirib
52
17:34 / 16 Aprel 2025
İlham Əliyev Sərəncam imzaladı
974
17:31 / 16 Aprel 2025
Əhaliyə xəbərdarlıq! Bu rayonlarda sel və daşqın gözlənilir
1076
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.