Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11977
az

Depressiya əleyhinə dərmanlar intihara sövq edir – Son araşdırmaların ilginc nəticələri

11:1315 Aprel, 2019
842
TİBB
  • A
 
Depressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir. Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb.
 
Medicina.az xəbər verir ki, anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur.

Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur

 Universitetin internet saytında yayımlanan məqalədə intiharların kökündə dayanan amillərdən birinin məhz bu həblər olduğu açıqlanıb. Bildirilib ki, anti-depressiya preparatları qəbul edənlərin beyinlərində intihar düşüncəsi peyda olur. Digər tərəfdən də psixoloji gərginlik azalmaq əvəzinə tam əksi müşahidə olunur. Hiss və həyəcan duyğuları soyuqlaşır, mənəvi böhran başlayır.

Sözügedən təhqiqata qədər anti-depressiya dərmanları istifadə edən 18-25 yaş arasında olan gənclərdə 20 mənfi təsirin olduğu iddia olunurdu. Amma son arşdırmalardan sonra məlum olub ki, bu mənfi təsirlər daha böyükdür.
 
               Depressiyanı azaldır, amma intihar düşüncəsini artırır

 Tədqiqatçılar iştirakçıların 82%-də depressiyanın azalmasını müşahidə ediblər. Lakin qalanlarında intihar meylinin güclənməsi qeydə alınıb. 62 % adamlarda isə duyğu və hislərinin azaldığı, o cümlədən cinsi zəifliyin yarandığı bildirilib. 42%-də "özüm kimi hiss etmirəm”, 39%-da  "başqalarının dediklərini vecimə almıram” kimi cavablar verilib. Respondentlərin 55%-i isə preparatlardan azad olmaq istəyindən məhrum olduqlarını bildirib. Araşdırma komandasının əməkdaşlarının son rəyi isə belə olub: "İştirakçıların 13-dən çoxunda bu preparatlardan sonra intihar meyilləri yüksəlib”.

Əldə oluna qənaət ürəkaçan olmasa da, illərlə aparılan araşdırmaların nəticəsidir.
 
Qeyd edək ki, Amerika və Avropa həkimləri hələ 2003-cü ildə həyəcan təbili çalaraq bildirirdilər ki, 18 yaşına qədər olan gənclər anti-depressiya preparatlarından istifadə etdikdən sonra intihara meylli olurlar. 2005-ci ilin fevral ayında artıq 18 yaşından aşağı gənclər belə preparatları alarkən xəbərdar olunmağa başladı. 2007-ci ildən etibarən isə belə bir xəbərdarlıq 18-24 yaşarası gənclərə şamil edilməyə başladı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib